Oturacağı yandırdılar, saqqız yapışdırdılar – Sürücü sərnişinlərin avtobusda nə etdiklərini paylaşdı – VİDEO

Sərnişinlər hər zaman avtobusların təmiz və səliqəli olmamasından şikayətlənirlər. Lakin bu dəfə avtobus sürücüsü sərnişinlərin özlərinin nəqliyyat vasitəsini hansı vəziyyətə saldığını çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az xəbər verir ki, 172 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin sürücüsü sərnişinlərin avtobusda törətdiyi xoşagəlməz hallarla bağlı görüntülər yayıb.
Sürücü görüntülərdə sərnişinlərin avtobusun oturacaqlarını yandırdığını, oturacaqlara kağız parçaları yapışdırdığını və bəzi yerlərdə saqqız yapışdırıldığını göstərib. Həmçinin sərnişinlərdən birinin avtobusdakı tutacaq yerinə salfet soxduğu da görüntülərdə əks olunub.
Sürücü bildirib ki, sərnişinlər avtobusların təmiz və səliqəli olmasını istəyirlər. Lakin bəzi sərnişinlərin bu cür davranışları nəticəsində avtobuslar çirkləndirilir və yararsız vəziyyətə salınır.
Görüntülərdə avtobusun müxtəlif hissələrində yaranmış çirklənmə və zədələnmələr də nümayiş etdirilib.
Eltac Zülfüqaroğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












