Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO

Sürücülərin yolda qarşılaşdıqları qəfil təhlükələr zamanı instinktiv manevrlər etməsi qəza riskini artıra bilər. Xüsusilə hərəkətin intensiv olduğu küçələrdə yan tərəfdən nəqliyyat vasitələrinin qəfil hərəkətə başlaması sürücünü ani sükan manevrinə məcbur edə bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə belə hallarda sürəti əvvəlcədən azaltmağı və təhlükəli vəziyyət yaranmadan manevr üçün kifayət qədər məsafə saxlamağı tövsiyə edib.
Məşqçi bildirib ki, bəzi küçələrdə arakəsmələrdən və ya yan istiqamətlərdən əsas yola çıxan avtomobillər sürücülər üçün gözlənilməz təhlükə yarada bilər. Bu səbəbdən həmin ərazilərə yaxınlaşarkən qaz pedalından ayağı çəkmək və sürəti azaltmaq vacibdir.
“İnstinktiv manevr etmək çox təhlükəli sindromdur. Məsələn, Rəcəbbəyli küçəsində hərəkət edirik və qarşıda soldan avtomobillər çıxır. Mən tələbəyə deyirəm ki, qazdan ayağını çək. Səbəb odur ki, biz sürəti azaltmasaq, arakəsmənin yanında olan avtomobillə eyni nöqtəyə gəlib çıxa bilərik”, – deyə Aqil Rəhimov bildirib.
Onun sözlərinə görə, həmin avtomobilin qarşısına başqa nəqliyyat vasitəsi qəfil çıxdıqda sürücü instinktiv olaraq sükanı sağa çevirə bilər. Bu zaman onun sağ tərəfində hərəkət edən avtomobil təhlükə ilə üz-üzə qala bilər.
“Bakıda bəzən sürücülər bir-birinin üzərinə hərəkət edirlər. Tutaq ki, soldakı ağ avtomobilin sürücüsünün qarşısına təhlükə çıxdı. O, instinktiv olaraq sükanı sağa çəkəcək. Əgər biz həmin avtomobilin yanında olsaq, bizi vura bilər. Ona görə belə yerlərdə qazdan ayağınızı çəkin”, – deyə məşqçi vurğulayıb.
Aqil Rəhimov sürücülərə xüsusilə arakəsmələrdən çıxan avtomobillərə yaxın hərəkət etməməyi və zolaq daxilində təhlükəsiz mövqe seçməyi tövsiyə edib. Mümkün qədər sol zolaqda və ya yan tərəfdən qəfil çıxan avtomobillərlə eyni nöqtədə hərəkət etməkdən çəkinmək lazımdır.
Məşqçi həmçinin sürücülərin hərəkət zamanı özlərinə “manevr ehtiyatı” saxlamasının vacibliyini bildirib. Sürücünün qarşıdakı təhlükəni əvvəlcədən görməsi və sürəti vaxtında azaltması qəza zamanı instinktiv və təhlükəli sükan hərəkətinin qarşısını ala bilər.
“Özünüzü qoruyun, təhlükəni əvvəlcədən nəzərə alın və instinktiv manevr etməyin”, – deyə Aqil Rəhimov əlavə edib.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












