Zaqatalada avtomobil atı vurub

Zaqatalada qəfil yola çıxan at qəzaya səbəb olub, bir nəfər xəsarət alıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə dekabrın 10-da axşam saatlarında rayonun Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib.
Rayon mərkəzinə doğru istiqamətdə hərəkətdə olan “VAZ 21099” markalı minik avtomobilinin qarşısına qəfildən at çıxıb və avtomobil atı vurub. Qəza zamanı at hadisə yerində ölüb. Avtomobildə olan sərnişin - rayonun Danaçı kənd sakini, 25 yaşlı Adilə Rövşən qızı Əhmədova aldığı müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
A.Əhmədovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB












