Zaqatalada qəza: 1 ölü, 2 yaralı

Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə dekabrın 24-dən 25-nə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini, 1983-cü il təvəllüdlü Tural Mamed oğlu Gülməmmədov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə Zaqataladan Əliabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən qatı duman səbəbindən idarəetməni itirərək avtomaşını yolun kənarındakı ağaca çırpıb. Qəza zamanı sürücü T.Gülməmmədov hadisə yerində dünyasını dəyişib. Sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücünün meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobildə olan iki nəfər – sürücü T.Gülməmmədovun yaxın qohumları, Teymur İbadullah oğlu Gülməmmədov və Rüfət Gülməmməd oğlu Gülməmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












