40 dərəcə isti gəlir – Bu bölgələrə xəbərdarlıq edildi

Fransada yeni isti hava dalğası səbəbindən 37 bölgədə ən yüksək səviyyəli – qırmızı hava xəbərdarlığı elan edilib. Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, ölkədə havanın temperaturunun yaxın günlərdə 40 dərəcəyə çatacağı proqnozlaşdırılır.
Məlumata görə, son həftələr Fransada müşahidə olunan güclü istilər fonunda çoxsaylı meşə yanğınları baş verib. Hökumət sözçüsü Maud Bregeon bildirib ki, Sen-e-Marn departamentinin Fontenblo şəhəri yaxınlığında başlayan meşə yanğınları hələ də davam edir.
Onun sözlərinə görə, güclü külək alovun sürətlə yayılmasına səbəb olub və nəticədə təxminən 1000 hektar ərazi yanaraq zərər görüb. Yanğın səbəbindən Sen-e-Marn departamentinin Vaudoue kommunasında 1000-dən çox sakin təxliyə edilib. Eyni zamanda ölkənin cənub-şərq istiqamətində hərəkət edən yüksək sürətli qatarların reyslərində də gecikmələr yaranıb. Fransanın meteorologiya xidməti ölkənin əsasən qərb və mərkəz hissələrində yerləşən 37 bölgə üçün qırmızı xəbərdarlıq elan edib. Mütəxəssislər əhaliyə günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı, bol maye qəbul etməyi və yanğın təhlükəsinə qarşı ehtiyatlı olmağı tövsiyə edirlər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












