600-dən çox məktəbə yeni direktor təyin olunacaq - Nazir AÇIQLADI

"Bu il ilk dəfə olaraq, 600 nəfərdən artıq məktəb direktorunun təyinatını həyata keçirəcəyik. İlk dəfədir ki, sertifikasiya nəticələri sasında müəyyən müsahibələr keçirilməklə sürətli şəkildə məktəb rəhbərləri təyin ediləcək".
Avtosfer.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Televiziyasının “Hədəf” proqramında müsahibəsi zamanı deyib.
Nazir bildirib ki, direktorların işə qəbulu prosesinin nəticələri yaxın həftələrdə – ayın sonuna qədər açıqlanacaq: "Həll etməyə çalışdığımız problemlərdən biri odur ki, müəllimdən məktəb rəhbərinə gedən karyera yolu düzəltməliyik. Təhsil sistemimizdə uzun müddət keyfiyyətli məktəb direktorundan daha çox şəffaf seçimə diqqət etmişik. Lakin yaxşı məktəb direktoru seçmək üçün müsahibə önəmli məsələdir. Məktəb direktoru dediyimiz idarəçi şəxs, ilk növbədə, yaxşı idarəçi olmalıdır. Öz fənnini bilməyən adamdan məktəb direktoru çıxmaz. Həmçinin metodist təcrübəsi olmalıdır ki, başqa müəllimləri arxasınca apara biləcək liderlik qabiliyyəti olsun. Ona görə də qeyd etdiyimiz karyera yolunda metodistləri rolunu çox vacib görürəm", – deyə nazir bildirib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












