Ağıllı saatla dənizdə üzmək olarmı?

Müasir ağıllı saatların əksəriyyəti müəyyən səviyyədə suya davamlılıq xüsusiyyətinə malikdir. Lakin bu, onların dənizdə uzun müddət və problemsiz istifadə edilə biləcəyi demək deyil. Avtosfer.az “Sfera.az”a istinadən xəbər verir ki, ağıllı saatlarda suya davamlılığı göstərən əsas standartlar IP və WR/ATM sistemləridir. Məsələn, IP68 və ya 5–10 ATM göstəricisi olan cihazlar müəyyən qədər su təzyiqinə davam gətirə bilir. Lakin bu göstəricilər əsasən şirin su və nəzarətli laboratoriya şəraiti üçün nəzərdə tutulur.
Dəniz suyu isə tərkibindəki duz səbəbindən cihazlar üçün daha təhlükəli hesab olunur. Duz saatın metal hissələrində korroziyaya səbəb ola kontaktlara, dinamiklərə və mikrofonlara zərər verə bilər. Həmçinin duz kristalları düymələrin və qoruyucu hissələrin altında toplanaraq su keçirməzliyə mənfi təsir göstərə bilər.
Bundan əlavə, üzgüçülük zamanı dalğalar, əl hərəkətləri və suyun yaratdığı əlavə təzyiq saatın üzərinə düşən yükü artırır. Buna görə də istehsalçının göstərdiyi suya davamlılıq göstəricisi hər zaman dənizdə aktiv istifadə üçün zəmanət vermir.
Mütəxəssislər tövsiyə edirlər ki, dənizdə istifadə edildikdən sonra ağıllı saat mütləq təmiz su ilə yuyulsun və tam qurudulsun. Su səbəbindən yaranan nasazlıqlar isə çox vaxt zəmanət çərçivəsinə daxil edilmir.
Buna görə də hətta yüksək suya davamlılıq sertifikatına malik ağıllı saatlardan istifadə edərkən dənizdə üzmək riskli hesab olunur. Ən təhlükəsiz seçim isə dənizə girərkən cihazı çıxarmaqdır.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












