Alimentə görə həbs edilənlərin sayı açıqlandı

2025-ci ildə aliment ödəməkdən yayınan 4299 (2024-cü ildə 4131) borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib, 2344 nəfər inzibati qaydada həbs edilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı"nda əksini tapıb. Onlardan 3083 (2024-cü ildə 2987) protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub, 2344 (2024-cü ildə 2318) nəfər inzibati qaydada həbs edilib. 2025-ci ildə cinayət məsuliyyətinə cəlb etmə haqqında 286 (2024-cü ildə 174) təqdimat verilib. Onlardan 235 (2024-cü ildə 164) təqdimat əsasında cinayət işi başlanılıb. 3 (2024-cü ildə 3) təqdimat üzrə cinayət işinin başlanması rədd edilib, 48 (2024-cü ildə 7) təqdimat növbəti hesabat dövrünə qalıq keçib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












