Aprelin 17-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Aprel ayında astronomiya həvəskarlarını sevindirəcək bir hadisə yaşanacaq. Ekspertlərin proqnozlarına görə, “C/2025 R3 (PANSTARRS)” adlı parlaq komet Şimal yarımkürəsində, o cümlədən Azərbaycanın səmasında da müşahidə oluna bilər.
Avtosfer.az xəbər verir ki, Kometin Günəşə ən yaxın nöqtədən, perigelidən 19-20 aprel tarixlərində keçəcəyi gözlənilir. Ən yaxşı görünmə şəraiti aprelin 17-nə təsadüf edəcək. Həmin gün kometin parlaqlığının birinci ulduz kəmiyyətinə çatacağı bildirilir.
Əsas maraqlı hadisə isə aprelin 25-də baş verə bilər. Bu zaman komet Günəş və Yer arasında demək olar ki, düz bir xətt üzərində yerləşəcək. Günəş şüalarının birbaşa səpilmə effekti nəticəsində kometin parlaqlığının kəskin artaraq mənfi dörd ulduz kəmiyyətinə çatması ehtimal edilir. Bu baş verərsə, kometi hətta gündüz vaxtı da görmək mümkün ola bilər.
Alimlərin fikrincə, aprelin 1-dən 21-dək kometi şərq üfüqündə, səhər sübh çağı, Peqas bürcü fonunda adi gözlə müşahidə etmək mümkün olacaq. Bakı kimi işıqlı şəhərlərdə
müşahidə üçün şəhərdən kənara, işıq çirklənməsinin az olduğu ərazilərə çıxmaq daha məqsədəuyğundur.
Bu cür kosmik hadisələri izləmək üçün “Stellarium” kimi astronomik tətbiqlərdən istifadə etmək müşahidənizi daha rahat edə bilər.//Demokrat.az
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












