Avropadakı ekstremal istilərin səbəbi nədir?

Avropa müşahidələr tarixində ən güclü iyun istilərindən birini yaşayır.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, burada "IFLScience" nəşri yazıb.
London İmperial Kollecinin ekstremal hava hadisələri və meşə yanğınları üzrə tədqiqatçısı, doktor Teodor Kipinqin sözlərinə görə, iqlim dəyişikliyinin təsiri olmasaydı, alimlərin hesablamalarına əsasən, iyundakı hava təxminən 3/5°C daha sərin olardı. Alimlər hesab edirlər ki, yarım əsr əvvəl iyun ayında belə ekstremal istilər ümumiyyətlə mümkün olmazdı.
Qeyd olunur ki, alimlərin fikirlləri Ümumdünya Meteorologiya Xidmətinin apardığı yeni təhlilin nəticələrinə əsaslanır. Xidmət iyunun 22-dən 29-dək Qərbi və Mərkəzi Avropanın müxtəlif bölgələrində qeydə alınan ən isti üç günü araşdırıb. Təhlil göstərib ki, araşdırılan 854 şəhərin 45 faizində istilik stresi üzrə tarixi rekordlar qırılıb və ya qırılması gözlənilir.
Müşahidələr göstərir ki, Fransa, Almaniya, İtaliya, İspaniya və İngiltərənin cənubunda temperatur mövsümi orta göstəricilərdən 5-12°C yüksək olub. Eyni zamanda Böyük Britaniyanın digər bölgələrində, İrlandiyada, Danimarkada, İsveçdə, Polşada, Çexiyada və digər ərazilərdə iyun ayı üzrə rekord temperaturlar qeydə alınıb.
Tədqiqatçılar bildirirlər ki, hazırkı ekstremal istilər yüksək təzyiq sistemləri ilə əhatələnmiş və istiliyi saxlayan sabit atmosfer quruluşu olan "istilik günbəzi" ilə əlaqədardır. Bu istiliyin böyük hissəsi Şimali Afrikada yaranıb, daha sonra şimala doğru hərəkət edərək Avropa qitəsində toplanıb. Belə ki, Avropa hazırda isti və havasız istixananı xatırladır.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












