Azərbaycanda bəzi məhsullar ucuzlaşa bilər - SEVİNDİRİCİ XƏBƏR

"Əgər proses qeyd olunduğu kimi nəticələnsə və sülh davamlı olsa, müəyyən sabitləşməni müşahidə edə bilərik. Bəzi məhsulların qiymətlərində enmə də baş verə bilər. Bu, konkret olaraq müharibə ilə bağlı hissədir". Avtosfer.az xəbər verir ki, bunu “Baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
AQC sədri əlavə əlavə edib ki, ümumilikdə isə fondlarda və bazarlarda aktivlik arta bilər:
"Aktivlik artdıqca dünya ticarəti genişlənəcək, inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın canlanması baş verəcək. Bu isə enerji daşıyıcılarının qiymətlərində müəyyən sabitlik yaradaraq ölkələr arasında iqtisadi münasibətlərin daha da inkişaf etməsinə və ticarət dövriyyəsinin artmasına səbəb ola bilər.
Bu proseslər nəticəsində qiymətlərdə müəyyən sabitləşmə yarana bilər və bazarlarda, xüsusilə idxal olunan məhsulların satışında qiymət artımının dayanması, bəzi hallarda isə müəyyən enmələr müşahidə oluna bilər.
Amma nəzərə alsaq ki, Azərbaycan bazarında qiymətlərin geriyə qayıtması çətin məsələdir, yəni artmış qiymətlərin aşağı düşməsi ənənəsi yoxdur. Bu istiqamətdə müəyyən fürsətçi biznes davranışları da mövcuddur. Ona görə də qiymətlərin ciddi şəkildə ucuzlaşacağına inanmıram".
Vüqar Oruc əlavə edib ki, bəzi məhsullarda maya dəyərinin azalması baş verə bilər ki, bu da satış qiymətlərinə təsir edə bilər:
"Amma daşınma xərclərində ciddi ucuzlaşma olacağı ehtimalı azdır. Çünki daxili xərclər artır və manatın alıcılıq qabiliyyətində də ciddi artım müşahidə olunmur. Buna görə də daşınma qiymətlərində ucuzlaşma gözlənilmir.
Dövlət tərəfindən tənzimlənən sahələrdə də ciddi ucuzlaşma ehtimalı zəifdir. Xaricdən asılı olan məhsullarda müəyyən ucuzlaşma ehtimalı olsa da, bazar davranışları səbəbindən bunun tam şəkildə əks olunacağı gözlənilmir.
Eyni zamanda İranla ABŞ arasında münasibətlərin normallaşması fonunda İranla iqtisadi əlaqələrin bərpası da müəyyən təsirlər yarada bilər. Bildiyiniz kimi, Azərbaycana İrandan müxtəlif məhsullar, xüsusilə meyvə, tərəvəz, göyərti və digər kənd təsərrüfatı məhsulları idxal olunur. Bu məhsulların qiymətində müəyyən ucuzlaşma ehtimalı mövcuddur".
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?
Əli Əsədov qaz təchizatı ilə bağlı qərar imzaladı










