Azərbaycanda bu şəxslər işləmədikləri halda maaş alacaqlar

Yay mövsümündə havanın həddindən artıq isti keçməsi açıq havada çalışan şəxslərin sağlamlığı və təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu səbəbdən yüksək temperatur şəraitində əmək fəaliyyətinin təşkili ilə bağlı xüsusi qaydalar və məhdudlaşdırıcı tədbirlər tətbiq edilir. Həm işçilərin sağlamlığının qorunması, həm də istehsalatda təhlükəsizliyin təmin edilməsi məqsədilə müəyyən temperatur hədlərində iş rejimi dəyişdirilir və zəruri hallarda işlər müvəqqəti dayandırılır.
İstilərdə açıq havada işləyənlər üçün hansı məhdudlaşdırıcı tədbirlər görülür? Havanın temperaturu neçə dərəcəni keçdikdən sonra işlər dayandırılır?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov işçilərin təhlükəsizliyinin nəzərə alınmalı olduğunu bildirib:
“Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, açıq havada iş görülən zaman havanın temperaturu 14 dərəcədən aşağı və ya 41 dərəcə və daha yuxarı olduqda işçilər üçün xüsusi əmək şəraiti təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 233.2-ci maddəsinə və Məcəlləyə əlavə edilmiş 2 saylı əlavəyə əsasən, açıq səma altında çalışan işçilərin fasilələrlə işləməsi, kölgədə və ya sərin yerdə istirahət etməsi üçün müvafiq şərait yaradılması işəgötürənin vəzifəsidir”.
Vəkil qeyd edib ki, yüksək temperatur zamanı işləməyənlərə maaş verilməlidir:
“Qeyd edim ki, havanın temperaturunun 41 dərəcə və ya ondan yuxarı olması səbəbindən işçilər iş yerinə gəlsələr də, əmək funksiyalarını yerinə yetirə bilmədikləri halda bu müddət onlara boşdayanma kimi rəsmiləşdirilə bilməz. Bu halda qanunvericiliyə uyğun olaraq həmin işçilərə həmin gün üçün tarif (vəzifə) maaşının üçdəiki hissəsi məbləğində əməkhaqqı ödənilməlidir”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












