Azərbaycanda bu şəxslərin maaşı artırılır

Hərbçilərə tutduqları vəzifəyə və hərbi rütbələrə görə verilən ödənişlərin məbləğinin artırılması təklif olunur.
Avtosfer.az xəbər verir ki, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində qeyd olunub ki, hərbi qulluqçuların pul təminatının artırılması, həmçinin mənzil kirayəsi üçün verilən kompensasiyanın məbləğinin yüksəldilməsi məqsədəuyğun hesab edilir. Bununla bağlı məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli Oxu24.com-a bildirir ki, Azərbaycan dövləti hər zaman hərbçilərə xüsusi diqqət və qayğı ilə yanaşır:
"20 ildən artıq qüsursuz xidmət edən hərbçilər mənzillə təmin edilirlər. İpoteka güzəştlərində birinci yerdə hərbçilərdir, şəhid ailələridir, müharibə əlilləridir.
Şəhid ailələrinə və müharibə əlillərinə də mənzillər verilir, müharibə əlillərinə avtomobillər verilir, onlara Prezident təqaüdü verilir. Hərbçilərin, eyni zamanda, uzun müddət yığılıb qalan məzuniyyət pulları verildi və hesab edirəm ki, ərzaq təminatı pullarıdır ki, 2013-cü ildən bəri qalır, o, da veriləcəkdir.
Dövlətimiz həm hərbçilərin təminatları - sağlamlığından, tibbi təminatdan tutmuş, maddi-mənəvi təminata qədər, hamısı yüksək səviyyədə asudə vaxtın təşkil edilməsi ilə bağlı addımlar atılır. Və bu addımlar daha da müasir dövrün tələblərinə uyğun artırılacaqdır. Biz Ali Baş Komandanın tapşırığı ilə Türkiyə modelinə keçmişik. Qanunvericilik bazası, hüquqi baza ona uyğunlaşır.
Hər il hərbçilərin pensiya təminatı bilirsiniz ki, əvvəl belə idi ki, pensiyada olan hərbçilər hərbi maaş artdıqca artırdı, sonra cənab Prezidentin müvafiq fərmanına uyğun olaraq, məsələn, bu il 10,3% artdı. Hər il 10%-ə yaxın bu məbləğ artım edəndə hərbçilər artıq bu məsələni yüksək razılıqla qarşılayırlar. Bu proses davam edir, müxtəlif istiqamətlərdə bu proseslər aparılır.
Hesab edirəm ki, gələcəkdə də bu istiqamətdə sistemli, ardıcıl olaraq işlər görüləcək. Aidiyyəti qurumlarda bu müzakirələr gedir və biz yaxın zamanlarda bu istiqamətdə xeyli addımların atıldığının da şahidi olacağıq".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












