Azərbaycanda dəfn mərasimi 70 min manata başa gəldi – XƏRCLƏR SİYAHISI

Azərbaycanda yas mərasimi təşkil edən qruplardan biri tərəfindən hazırlanmış xərclər siyahısı diqqət çəkib.
Avtosfer.az "Bakıvaxtı.az"a istinadən xəbər verir ki, siyahıda bir şəxsin vəfatından sonra dəfn mərasimi, yeddi və qırx mərasimləri, eləcə də qəbir daşının hazırlanması ilə bağlı xərclər əks olunub.
Sənəddə qeyd olunan məlumatlara əsasən, ümumi xərc 69 350 manat təşkil edib.
Xərclərin bölgüsü belədir:
1. Cənazənin gətirilməsi və dəfn xərcləri – 1 550 manat.
2. Dəfn günündən 7 (yeddi) yas mərasiminə kimi palatka (mağar) və ərzaq xərcləri – 16 800 manat.
Bu məbləğin 4 800 manatı çadır, 12 000 manatı isə ərzaq xərcləri kimi göstərilib. Sənəddə çadırın 6 gün müddətinə, gündəlik 800 manat olmaqla hesablandığı qeyd edilib.
3. Bakı şəhərində 7 (yeddi) yas mərasimi üçün mərasim evi – 21 600 manat.
Siyahıda bu xərcin 1 200 nəfər üçün, bir nəfərə 18 manat hesablandığı göstərilib.
4. Dörd dəfə cümə axşamı mərasimi – 6 400 manat.
Burada hər mərasim üçün 1 600 manat olmaqla ümumilikdə 6 400 manat xərc qeyd olunub.
5. 40 (qırx) yas mərasimi üçün çadır və ərzaq xərcləri – 8 000 manat.
Məbləğin 800 manatı çadır, 7 200 manatı isə ərzaq xərcləri kimi göstərilib.
6. Qəbir daşının beton-mərmər hazırlığı işləri – 2 800 manat.
7. Mərmər daşının salınması – 12 200 manat.
Beləliklə, təqdim olunan sənəddəki bütün xərc maddələrinin cəmi 69 350 manat təşkil edir.
Sənəddə yas mərasimlərinin təşkili ilə bağlı xərclərlə yanaşı, qəbir daşının hazırlanması və salınması üçün görülən işlərin dəyəri də ayrıca göstərilib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












