Azərbaycanda ətin qiyməti kəskin dəyişir? - Müdaxilə var

Bu ilin ilk yarısında Gürcüstandan Azərbaycana diri qoyun idxalının kəskin artması diqqət çəkir. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində diri qoyun ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Bu artım ölkədə ətin bahalaşdığı və qiymət artımının istehlakçıların narazılığına səbəb olduğu dövrə təsadüf edir.
Diri qoyun idxalının 2,5 dəfə artması bazarda qırmızı ətin qiymətlərini sabitləşdirə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan Milli Məclisin Aqrar siyasəti komitəsinin üzvü Razi Nurullayev deyib ki, diri qoyun idxalının artması bazarda təklifin genişlənməsinə və qırmızı ətin qiymətləri üzərində təzyiqin müəyyən qədər azalmasına müsbət təsir göstərə bilər:
“Lakin bu, qiymətlərin avtomatik olaraq ucuzlaşacağı və ya tam sabitləşəcəyi demək deyil. Çünki ətin qiymətinə yalnız idxal deyil, həm də yerli istehsalın həcmi, yem xərcləri, mövsümi amillər, daşınma xərcləri, tələbat və bazardakı ümumi rəqabət mühiti təsir göstərir. Bu səbəbdən diri qoyun idxalının 2,5 dəfə artması qiymət artımının qarşısının qismən alınmasına kömək edə bilər, lakin bunu bazarda həlledici amil kimi qiymətləndirmək doğru olmaz”.
R.Nurullayev qeyd edib ki, bu istiqamətdə daha dolğun və peşəkar qiymətləndirmə aparmaq üçün zəruri statistika və analitik məlumatlar Kənd Təsərrüfatı Nazirliyində mövcuddur:
“İdxalın bazara real təsiri, daxili istehsalın vəziyyəti və qiymət dinamikası ilə bağlı ətraflı məlumatı məhz aidiyyəti dövlət qurumu təqdim edə bilər”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












