Azərbaycanda gediş haqqı sistemi dəyişə bilər - BELƏ OLACAQ

Azərbaycanda ictimai nəqliyyatın tarifləri son illərdə həm ictimai, həm də iqtisadi baxımdan ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Xüsusilə Bakı və digər iri şəhərlərdə xidmətin keyfiyyəti, avtobus parkının yenilənməsi, nağdsız ödəniş sistemlərinin tətbiqi və ümumilikdə nəqliyyat infrastrukturunda aparılan dəyişikliklər bu sahədə yeni tarif siyasətinin formalaşdırıla biləcəyi barədə sualları aktuallaşdırır. İctimai nəqliyyat bazarının tam sərbəst qiymət mexanizmi ilə deyil, dövlət tənzimlənməsi əsasında işləməsi bu sahədə dəyişikliklərin daha çox strateji və mərhələli xarakter daşımasına səbəb olur. Buna baxmayaraq, yanacaq və enerji xərclərinin artması, xidmətin keyfiyyət standartlarının yüksəldilməsi və yeni texnoloji həllərin tətbiqi kimi faktorlar gələcəkdə tariflərin yenidən nəzərdən keçirilməsi ehtimalını gündəmdə saxlayır.
Azərbaycanda ictimai nəqliyyatın qiyməti yenidən bahalaşa bilər? Bahalaşsa, buna səbəb nə olacaq?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Bakıvaxtı.az"a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda ictimai nəqliyyat dövlət tərəfindən tənzimlənən qiymət siyasəti ilə idarə olunur:
"Burada kənar təsirlərin, yəni başqa bazarların və dünya iqtisadiyyatında baş verən proseslərin təsiri minimumdur. Bu baxımdan, ictimai nəqliyyatda gediş haqqı bazar mexanizmləri ilə formalaşan qiymət deyil".

Natiq Cəfərli: Məncə, qiymətlərin optimallaşdırılmasına ehtiyac var
Onun sözlərinə görə, ictimai nəqliyyatda gediş haqqının nə vaxt və necə artacağını əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün olmur:
"Amma əsas məsələ bu deyil. Məncə, qiymətlərin optimallaşdırılmasına ehtiyac var. Məsafəyə və ya istifadə olunan vaxta görə gediş haqqının tətbiqi Azərbaycanda da mümkün və hətta vaxtı çatmış bir yanaşmadır".
Natiq Cəfərli onu da deyib ki, vətəndaş ya məsafəyə, ya da istifadə müddətinə görə ödəniş etsə, bu, daha ədalətli və məntiqli bir sistem olar.
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ










