Azərbaycanda maaşlarda artımlarla bağlı ŞAD XƏBƏR

"Əməkhaqqı artımları ilə bağlı bir sıra sektorlarda artımlar həyata keçirilib. Xüsusən dövlət qulluqçularının vəzifə maaşlarında artım olub". Avtosfer.az bildirir ki, bunu "Baku"ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözərinə görə, Nazirlər Kabineti digər kateqoriyadan olan, inzibati vəzifələrdə çalışan vətəndaşların maaşlarının artırılması ilə bağlı beş ay müddətində təkliflər hazırlayıb təsdiq etməlidir:
"Bu isə o deməkdir ki, həmin vətəndaşların da maaşlarında artımlar gözlənilir. Ümumilikdə sosial siyasət və sosial dəstək tədbirlərinin genişləndirilməsi Azərbaycanda hər zaman prioritet istiqamətlərdən biri olub və bu sahədə addımlar davam etdirilir. Bu baxımdan cənab Prezident tərəfindən imzalanmış fərmanla Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib. Nazirlər Kabineti tərəfindən qiymətləndirmə və maliyyə hesablamaları aparıldıqdan sonra həmin vətəndaşların maaşlarının artırılması gözlənilir. Eyni zamanda, Prezident tərəfindən təsdiq edilən və Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılması nəzərdə tutulur. Dəyişikliklərin fevral ayında təsdiq olunduğunu nəzərə alsaq, artıq bu ildən etibarən minimum əməkhaqqı hər il ən azı bir dəfə yenidən qiymətləndiriləcək və artırılacaq. Bu isə institusional və qanunvericilik bazasının möhkəmləndiyini göstərir və minimum əməkhaqqının daha mütəmadi artırılmasına imkan yaradır".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












