Azərbaycanda şagirdlərdən müəllimlərə qarşı şok hərəkət - VİDEO

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinə aid şəkil və videolar sosial şəbəkələrdə icazəsiz paylaşılır. İddialara görə, həmin görüntülər üzərində qeyri-etik dəyişikliklər edilir və paylaşımlar əsasən şagirdlər tərəfindən yayılır. Bu cür davranışlar müəllim nüfuzuna ciddi zərbə vurmaqla yanaşı, təhsil mühitində etik normaların kobud şəkildə pozulmasına səbəb olur.
Bəs belə halların yaranmasına səbəb nədir?
Psixoloq Ofelia Əliyevanın sözlərinə görə, ilk növbədə uşaqların müəllimlərə qarşı aqressiyasının kökündə dayanan səbəblər araşdırılmalıdır:
"Burada müəllimlərin tükənmişlik sindromu rol oynaya bilər. Müəllimlər uşaqlarla emosional bağı düzgün qura bilməyə bilərlər. Bu, məsələnin bir tərəfidir. Digər tərəf isə valideynlərin uşaqlara aqressiyanı düzgün idarə etməyi öyrətməməsidir. Bu gün sosial media hər kəsin əlindədir və uşaqlar heç bir senzura olmadan müxtəlif platformalardakı trendlərlə tanış olurlar. Bəzən həmin trendin mənasını bilmədən bunu zarafat məqsədilə edirlər, bəzən isə nə etdiklərini anlayaraq davam etdirirlər. Hər iki halda problem düzgün maarifləndirmənin aparılmamasından qaynaqlanır".
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












