Azərbaycanda siqaretə ildə bu qədər pul xərclənir - Rayonlar üzrə siyahı

Bu ilin ilk rübündə Azərbaycanda əhali tütün məmulatlarına (siqaretə) ayda adambaşına orta hesabla 8,26 manat vəsait xərcləyib. Avtosfer.az "Yeniavaz"a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 8,7% artıb. Qeyd edək ki, siqaretə ən çox vəsait Dağlıq Şirvan iqtisadi rayonunda – Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında xərclənib. Bu bölgədə sakinlər ayda adambaşına orta hesabla 11,9 manat siqaretə pul sərf ediblər. Siqaretə ən az pul xərcləyənlər isə Lənkəran–Astara iqtisadi rayonunda (Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı) yaşayanlar olub. Burada ayda adambaşına orta hesabla 6,2 manat xərclənib.
İqtisadi rayonlar üzrə ayda adambaşına düşən siqaret xərci belə olub:
Dağlıq Şirvan – 11,9 manat;
Şəki–Zaqatala – 11,2 manat;
Mərkəzi Aran – 10 manat;
Gəncə–Daşkəsən – 9,8 manat;
Qarabağ – 9,7 manat;
Şirvan–Salyan – 8,7 manat;
Mil–Muğan – 8,4 manat;
Bakı – 7,8 manat;
Quba–Xaçmaz – 7,6 manat;
Abşeron–Xızı – 7,1 manat;
Naxçıvan – 6,9 manat;
Şərqi Zəngəzur – 6,7 manat;
Qazax–Tovuz – 6,5 manat;
Lənkəran–Astara – 6,2 manat.
Məlumat üçün bildirək ki, siqaretə xərclənən vəsait adambaşına düşən istehlak xərclərinin 2,1%-nə bərabər olub. Rəsmi məlumata əsasən, bu ilin ilk rübündə Azərbaycanda adambaşına düşən aylıq istehlak xərcləri 392,2 manat təşkil edib. İlk rübün sonunda Azərbaycan əhalisinin sayının 10 milyon 268 min 165 nəfər olduğunu nəzərə alsaq, ölkə üzrə aylıq ümumi istehlak xərcləri təxminən 4 milyard 27 milyon manat olub. Bu isə ay ərzində siqaretə təxminən 84 milyon 571 min manat vəsait sərf edildiyini göstərir. İllik hesablamada isə bu rəqəm 1 milyard manatdan çox edir. Onu da qeyd edək ki, ötən il Azərbaycanda SOCAR-ın "Azneft” İstehsalat Birliyindən sonra ən çox vergi ödəyən şirkət siqaret istehsalı ilə məşğul olan "Tabaterra” MMC olub. Şirkət ötən il 697 milyon manat vergi ödəyib. Millət vəkili Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşirin rəhbərlik etdiyi şirkətin ödədiyi vergi son bir ildə 1,1% və ya 7,7 milyon manat artıb.
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












