Azərbaycanda timsah var? - AÇIQLAMA - FOTO - VİDEO

Azərbaycan sularında üzdüyü iddia edilən timsahın Meksikada lentə alındığı təsdiqləndi. Bununla bağlı həmin ölkəyə məxsus rəsmi səhifədə paylaşım edilib. Qeyd edək ki, video görüntünü instagramda Mingəçevir şəhəri 8 nömrəli tam orta məktəbdə çalışan Nağı adlı müəllim paylaşıb.



***
Azərbaycanda çəkildiyi ehtimal olunan timsah görüntüləri müzakirələrə səbəb olub. Belə ki, nə qədər inanılmaz olsa da çayda iki timsah görünür və bu görüntülərin Yuxarı Şirvan kollektorunda çəkildiyi iddia edilir.
Avtosfer.az xəbər verir ki, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, Biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev Moderator.az-a açıqlamasında bildirib ki, bu mövzu araşdırılmalıdır və həmin görüntülərin Azərbaycanda çəkildiyi isbat olunmalıdır:
“Bu görüntüləri mən də izlədim. Ağlım nəsə kəsmir. Timsah bizim sualara məxsus deyil. O quruda, suda yaşayan canlıdır. Əgər düzdürsə bu hardansa bəlkə də azıb gəlib. Amma yenə də bunu nəyləsə əsaslandırmaq düzgün deyil. Vaxtilə Azərbaycanda torpik heyvanların cəsədləri tapılıb. Timsah bizim ekologiyaya məxsus canlı deyil. Ona görə də dərindən araşdırılmalıdır”.
Dünya şöhrətli peşəkar ovçu Faiq Babanlı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı qısaca rəy bildirib:

“Mənim fikrimcə bu Azərbaycanda çəkilən video deyil. Azərbaycanda ya timsaha oxşayan, ya da ki, bu tip sürünən heyvan nəslindən heç bir canlı yaşamır. Timsah ümumiyyətlə bizim sualara məxsus deyil”.
Qeyd edək ki, görüntüləri instaqramda Mingəçevir şəhəri 8 nömrəli tam orta məktəbdə çalışan Nağı adlı müəllim paylaşıb.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












