Azərbaycanda yumurta 1 qəpiyədək ucuzlaşdı - FOTO - YENİLƏNİB

Son günlər Azərbaycanda yumurta qiymətlərinin kəskin ucuzlaşması müşahidə olunur. Müxtəlif market şəbəkələrində sarı yumurtaların 3, ağ yumurtaların isə 1 qəpiyə təklif olunması barədə məlumatlar yayılıb.
Bu barədə Avtosfer.az-a Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından verilən məlumatda bildirilib.
Qeyd edilib ki, qiymət ucuzlaşması bazarın tələbi ilə baş verib.
Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, hazırda Azərbaycanda gündəlik yumurta istehsalı 6 milyon ədədin üzərindədir:
"Ölkə bazarının tələbi 4-4.5 milyon ədəd həddindədir. İstehsal bu tələbdən yüksək olduğu üçün qiymətlər ucuzlaşır. Bu, sırf bazarın tələbinin nəticəsidir".
M.Həsənli onu da qeyd edir ki, son illərdə dövlətin də dəstəyi sayəsində tələbatdan artıq yumurta istehsalı var:
"Bu istehsal artıq neçə ildir davam edir. Nəticədə yumurta qiymətlərində hər hansı artım, bahalaşma olmur. Eyni zamanda xaricə ixraca nail olmuşuq. İndi də ixrac gedir, yaxın vaxtlarda ixrac həcmləri daha da artacaq. Bazarın dəyişməz qanunudur ki, təklif tələbdən artıq olanda qiymətlər düşür. Son illərdə yumurta ilə bağlı bir neçə dəfə belə halın şahidi olmuşuq".
***12:06
Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşıb.
Avtosfer.az xəbər verir ki, son günlərədək 1 ədədi 9-17 qəpiyə təklif edilən yumurta, marketlərdə 3-4 qəpiyədək ucuzlaşıb. Hətta yumurtanın qiymətində kəskin endirim edərək 1 ədədini 1 qəpiyə satan marketlər də var.
Bildirilir ki, kəskin ucuzlaşma mövsümi xarakter daşıyır. Belə ki, yay aylarında yumurta istehlakı xeyli azalır. Əvəzində isə bu ərəfədə yumurta istehsalı daha da artır.
Qiymətin kəskin ucuzlaşmasında yumurta ixracının azalmasının da rol oynadığı istisna edilmir.


Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat











