Bakıda bu taksilər qiyməti artırdı

Bakıda taksilərin qiymətində dəyişiklik olub. Bakıətrafı qəsəbələrə işləyən taksilər bir neçə gündür ki, gediş haqqını 50 qəpik artırıb.
Avtosfer.az Metbuat.az-a istinadən xəbər verir ki, metronun "Koroğlu" stansiyasının ərazisindən Bakı kəndlərinə və ətraf qəsəbələrə taksilər işləyir. Sakinlərin "manatlıq" adlandırdıqları bu avtomobillər hər gün Yeni Ramana, Suraxanı, Binə, Mərdəkan, Şüvəlan, Qala, Zabrat və Pirsağı istiqamətində minlərlə sərnişin daşıyırlar. Adambaşı ödəniş 8-9 il əvvəl 1 manat, 2023-cü ildən sonra isə 1 manat 50 qəpik olub. Son günlər Yeni Ramana, "Sosial binalar", Binə, Zabrat və Pirşağı istiqamətində fəaliyyət göstərən taksilər müştərinin birini mənzil başına 2 manatdan aparırlar. Gecə saat 11-dən sonra və yağışlı günlərdə qiymət 3 manata qədər yüksəlir.
Taksi sürücüləri qiymət dəyişikliyini "Koroğlu" ərazisindəki dayanacaqda xidmət haqqının artması və tez-tez cərimələnmələri ilə əlaqələndiriblər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












