Bakıda dana əti bahalaşdı

Azərbaycanda dana ətinin qiymətində artım davam edir və bu bahalaşma xüsusilə paytaxt Bakıda daha qabarıq şəkildə hiss olunur. Son aylarda bazarlarda və satış məntəqələrində qiymətlərin yüksəlməsi alıcıların narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, Musavat.com-un müxbirinin vətəndaşlardan aldığı məlumata və qəssabxanalarda apardığı müşahidələrə görə, ötən ilin sonunda Bakıda bir kiloqram sümüklü dana əti əsasən 16 manat 50 qəpiyə satıldığı halda, hazırda qiymət 17 manat 50 qəpikdən 18 manata qədər yüksəlib. Alıcılar qeyd edirlər ki, bəzi yerlərdə qiymətlər daha da baha təklif olunur.
Rayonlarda da dana ətinin qiymətində artım müşahidə edilir. Bölgələrdə bahalaşma paytaxtla müqayisədə nisbətən zəif olsa da, əvvəlki dövrlərlə müqayisədə qiymət fərqi artıq hiss olunur.
Mütəxəssislər bahalaşmanı yem xərclərinin artması, daşınma və saxlanma xərcləri, eləcə də bazarda təklif-tələb balansı ilə əlaqələndirirlər. Vətəndaşlar isə qiymət artımının ailə büdcəsinə ciddi təsir etdiyini deyir və yaxın aylarda ucuzlaşma olacağına ümidlərinin az olduğunu bildirirlər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












