Bakıda hər kəs eyni vaxtda işə gəlməyəcək - AÇIQLAMA

Deputat Vüqar Bayramov bildirib ki, Bakıda nəqliyyat sıxlığını azaltmaq üçün 2026-cı ildən etibarən dəyişkən iş qrafikinin tətbiqi planlaşdırılır. Yəni dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də bəzi digər təşkilatlar işə eyni saatda başlamayacaqlar. Müəssisələr üçün fərqli işə başlama və bitirmə saatları müəyyən ediləcək ki, səhər və axşam saatlarında yaranan tıxacların yükü bölüşdürülsün.
Bu tətbiq tıxac probleminin qarşısını ala bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, bu proses və tədbirlər mərhələli şəkildə, daha nizamlı və intizamlı formada, əvvəlcədən müəyyən edilmiş qrafik əsasında həyata keçirilərsə, əlbəttə ki, Bakı və ətraf ərazilərdə tıxac probleminin müəyyən qədər azalmasına nail olmaq mümkündür:

"Düzdür, Bakıda tıxacın yaranmasına səbəb olan amillər kifayət qədər çoxdur. Lakin belə bir yanaşma az da olsa müsbət təsir göstərə bilər. Bu qrafiki hər bir qurum öz fəaliyyət xüsusiyyətlərinə uyğun müəyyən etməlidir. Ancaq əsas məsələ qrafiklərin bir-birindən fərqlənməsidir. Burada yaxşı və effektiv koordinasiyaya ehtiyac var. Müvafiq dövlət qurumları bu prosesi əlaqələndirməlidirlər ki, tətbiq olunan mexanizm həqiqətən nəticə versin.
Məktəblərin, iş yerlərinin və universitetlərin iş rejimini tənzimləmək mümkündür. Hətta eyni qurum daxilində müxtəlif şöbələrin işə fərqli saatlarda başlaması nəzərdə tutula bilər. Məsələn, məktəblərdə dərslər bir saatda, universitetlərdə isə başqa saatda başlaya bilər. Dövlət idarələrində də oxşar yanaşmanı tətbiq etmək mümkündür. Belə ki, dövlət qurumları fəaliyyət istiqamətlərinə görə qruplaşdırıla bilər və hər qrup üçün fərqli iş saatları müəyyən edilə bilər. Bu halda işə daha tez başlayanlar iş gününü daha tez başa vuracaq, işə gec başlayanlar isə daha gec çıxacaqlar. Beləliklə, nəqliyyat axını gün ərzində daha balanslı şəkildə bölüşdürülə və pik saatlardakı yüklənmənin müəyyən qədər qarşısı alına bilər".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












