Bakıda kuryerlərin əsas problemi; sifariş çatdırmalıdırlar, lakin… - VİDEO

Bakıda fəaliyyət göstərən kuryerlər sifariş götürərkən ciddi problemlə üzləşdiklərini deyirlər. Onların sözlərinə görə, restoranların yerləşdiyi küçələrdə motosikleti qısa müddətə saxlamaq üçün uyğun yer olmadığından tez-tez cərimələnirlər. Bəzən bir cərimənin məbləğini ödəmək üçün 10 sifariş çatdırmalı olurlar. Avtosfer.az xəbər verir ki, kuryerlərin sözlərinə görə, park yerlərinin əksəriyyəti avtomobillər tərəfindən tutulduğundan motosikleti qaydalara uyğun saxlamaq mümkün olmur. Avtobus zolağında, taksi dayanacağında və ya səkidə dayanmaq isə cərimə ilə nəticələnir.
Onlar xüsusilə restoranların sıx yerləşdiyi küçələrdə bu problemin daha qabarıq hiss olunduğunu deyirlər. Bildirilir ki, bəzi ərazilərdə yolun bir hissəsi avtobus zolağı, digər hissəsi isə taksi dayanacağı olduğundan sifariş götürmək üçün qanuni dayanacaq tapmaq mümkün olmur.
Kuryerlər restoranların qarşısında motosikletlər üçün qısamüddətli dayanma yerlərinin yaradılmasını istəyirlər. Onların fikrincə, bu, həm sifarişlərin gecikməsinin, həm də cərimələrin qarşısını ala bilər.
Daha ətraflı reportajda:
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












