Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama - VİDEO

Paytaxtın Nərimanov rayonunda piyadaların sərbəst və təhlükəsiz hərəkətini məhdudlaşdıran obyekt sakinlərin narazılığına səbəb olub. Belə ki, Xan Şuşinski küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən obyekt səkinin üzərində inşa edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Məsələ ilə bağlı şikayətini bildirən vətəndaşın sözlərinə görə, artıq üç ildir Bakıda yaşayır və hər gün eyni mənzərə ilə qarşılaşır. Obyektin tamamilə səkinin üstündə yerləşdiyini deyən sakinin sözlərinə görə, tikili hətta işıqforun da qarşısını kəsib. Məsələnin hüquqi tərəflərini şərh edən hüquqşünas Vüsal Cəfərov bildirib ki, tikinti işləri aparılmaqla səkilərin zəbt olunması Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, müfəssəl planın pozulması deməkdir. Hüquqşünasın sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 394-cü maddəsinə əsasən, belə bir əməli törətmiş fiziki şəxslər 300 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manata qədər, hüquqi şəxslər isə 15 min manatdan 25 min manata qədər cərimə oluna bilərlər. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən isə qeyd olunub ki, sözügedən tikili uzun illər öncə inşa edilib: "Həmin obyektin sökülməsi yalnız məhkəmənin müvafiq qərarı əsasında həyata keçirilə bilər".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












