Bakıdakı məcburi köçkünlər hara köçürüləcək? - “Qaçqınkom”dan açıqlama

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən, 14 saylı Peşə Liseyninin yataqxanasında yaşayan məcburi köçkünlərin haraya köçürüləcəyi ilə bağlı məsələyə münasibət bildirib. Avtosfer.az "Ölkə.az"a istinadən xəbər verir ki, Bakı şəhərinin Nizami rayonunun Elşən Süleymanov küçəsində yerləşən, 14 saylı Peşə Liseyninin yataqxanasında hazırda, əsasən, Ağdam, Füzuli, Zəngilan və Kəlbəcər rayonlarından olan məcburi köçkün ailələri müvəqqəti məskunlaşıblar. “Məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra onların işğaldan azad olunan ərazilər üzrə qayıdışına şərait yaradılıb”, - “Qaçqınkom”dan bildirilib.
Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə davam edir:
“Həmin ərazilərdə bərpa edilən və yeni tikilən yaşayış məntəqələrinə, ilk növbədə, qəzalı şəraitdə olan yataqxanalarda, sanatoriyalarda, yarımçıq tikililərdə və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürülür. 14 saylı Peşə Liseyninin yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin hər hansı rəsmi müraciəti daxil olmayıb”.
Xatırladaq ki, yataqxanada illərdir yaşayan 120-yə yaxın məcburi köçkün ailəsinə binanın söküləcəyi deyilib. 30 ildən çoxdur yataqxanada yaşayan keçmiş məcburi köçkünlər işğaldan azad edilən torpaqlara köçürülür. İddialara görə, onlara qeydiyyatda olduqları rayonlara deyil, başqa bölgələrə köçmələri təklif olunub.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












