Bakıdakı universitetlərə qəbul çətinləşəcək, ballar yüksələcək - AÇIQLAMA

“Elm və təhsil naziri Emin Əmrullayevin çıxışında qeyd edildiyi kimi, Bakıda yerləşən ali təhsil müəssisələrində tələbə sayının azaldılması planlaşdırılır. Bu addımın əsas məqsədi paytaxtda sıxlığın azaldılması və regionların inkişafının təşviq edilməsidir”. Avtosfer.az xəbər verir ki, bu barədə "Redaktor.az"a açıqlamasında təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev elm və təhsil nazirinin Bakıdakı universitetlərin köçürülməyəcəyi barədə fikirlərinə münasibət bildirərkən dedi.
Onun fikrincə, bu yanaşma ölkə rəhbərliyinin regionların inkişafı ilə bağlı müəyyən etdiyi strateji hədəflərlə də uzlaşır:
.jpg)
"Prezident çıxışlarında dəfələrlə vurğulayıb ki, paytaxtla regionlar arasında bərabər imkanlar yaradılmalı, insanların Bakıya axını deyil, əksinə, regionlara yönəlməsi üçün şərait formalaşdırılmalıdır. Bu prosesdə isə təhsil mühüm rol oynayır. Məhz bu məqsədlə regionlarda ali təhsil müəssisələrinin inkişafı və yeni universitetlərin yaradılması nəzərdə tutulur. Şəkidə Şəki Dövlət Universiteti, Qazaxda Qazax Dövlət Universiteti istiqamətində görülən işlər, eləcə də Ağcabədidə Müəllimlər İnstitutunun bazasında yeni ali təhsil müəssisəsinin formalaşdırılması planları buna nümunədir. Eyni zamanda Qarabağ Universitetinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Bakıda yerləşən universitetlərə qəbulun çətinləşəcəyi ilə bağlı məsələyə gəldikdə isə tələbə yerlərinin sayının azaldılması qəbul ballarının müəyyən qədər yüksəlməsinə səbəb ola bilər. Bu isə təbii olaraq paytaxt universitetlərində rəqabətin artması ilə nəticələnəcək".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












