Bakını uçan qarışqalar bürüyüb - Artımın səbəbi bu imiş

Bakıda hər evdə uçan qarışqalardan şikayət var, xüsusilə həyət evlərinin sakinləri bu həşəratlardan dad edirlər. “Təkcə uçan qarışqalar yox, bu il ağcaqanadların sayı da kəskin artıb”. Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a serpentoloq və dezinfeksiya üzrə mütəxəssis Zeynal Naciyev danışıb.
“Bunun əsas səbəbi son vaxtlar yağan güclü yağışlardır. O cümlədən Mərdəkan, Nardaran və bəzi digər ərazilərdə yağış sularının yaratdığı gölməçələr uzun müddət qurumayıb, çirkab ərazilər təmizlənməyib. Bu həşəratlar həmin su hövzələrində sürfə qoyaraq çoxalırlar”, - deyə Z.Nağıyev izah edib.
Onun sözlərinə görə, ümumiyyətlə, may və iyun ayları həşəratların çoxalma dövrü hesab olunur:
“Bu il yağışların normadan artıq olması həşərat sayının daha da artmasına səbəb olub. Əgər təxminən 20 gün ərzində yağış yağmasa, gölməçələr quruyacaq və həşəratların çoxalma imkanları xeyli azalacaq”.
Mütəxəssisin sözlərinə görə, hazırkı vəziyyətin dəyişməsi ilə ağcaqanad və uçan qarışqaların sayı normal səviyyəyə enəcək.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












