Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

Bakının Yeni Ramana qəsəbəsində, xüsusilə "Şuşa Ramana" və "Sovxoz Ramana" adlanan ərazilərdə həyət evlərinin qiymətində azalma müşahidə olunur.
Avtosfer.az Metbuat.az-a istinadla bildirir ki, bu ilin yanvar-fevral ayları ilə müqayisədə Bakıətrafı qəsəbələrdə, o cümlədən "Şuşa Ramana" və "Sovxoz Ramana" adlanan yaşayış massivlərində evlər xeyli ucuzlaşıb. Üç ay əvvəl 60-65 min manata təklif olunan həyət evləri indi 45-50 min AZN-ə satışa çıxarılıb. Biləcəri, Keşlə, Binə, Bülbülə, Zabrat, Məhəmmədi qəsəbələrində və Xırdalan şəhərində də oxşar vəziyyət müşahidə olunur.
Ev alqı-satqısı ilə məşğul olan Əli Əhmədov saytımıza açıqlamasında Bakıətrafı qəsəbələrdə evlərin qiymətinin ucuzlasmasını iki amillə əlaqələndirib: "Mart və aprel aylarında aramsız yağan yağışlar zamanı evlərin çoxu su altında qaldı. "Şuşa" şəhərciyi deyilən ərazidə yüzdən çox ailə evini tərk etməli oldu. Beş-altı daşın üstündə inşa olunan evlərdə belə yaşamaq mümkün deyildi. Yağış suları nəticəsində “Sovxoz Ramana”da da 20-dən çox ev yararsız vəziyyətə düşdü. Sakinlər həmin evləri dəyər-dəyməzinə satıb başqa ərazilərə köçmək istəyirlər. Bakıətrafı qəsəbələrdə evlərinin ucuzlasmasinın əsas səbəbi budur".
Mütəxəssis deyib ki, ucuzlaşmanın digər səbəbi isə həmin evlərin çıxarışının olmamasıdır: "Ucuz qiymətə satışa çıxarılan evlər bələdiyyə sənədi ilə alınan tikinti təyinatlı torpaqlarda tikilib. Sakinlər bu evlərdə əsasən 99 illik icarə müqaviləsi əsasında yaşayırlar. Sənədi olmadığı üçün yağış yağanda zərər görən bu evlər üçün dövlət kompensasiya odəmədi. Sözsüz ki, bu faktor evlərin qiymətinə təsir edir".
Əli Məmmədov sözugedən ərazilərdə mövcud tikinti qaydalarına uyğun evlərin inşa olunduğunu da bildirib. Onun sözlərinə görə, həmin evlərin qiyməti sabit olaraq qalır.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












