Bakının mərkəzində bəzi EVLƏR UCUZLAŞIB - Mənzil bazarında son vəziyyət

Daşınmaz əmlak bazarında mövsümi canlanma müşahidə olunur. Xüsusilə kirayə mənzil və bağ evi seqmentində tələb dəyişdiyi üçün qiymətlərdə və bazar aktivliyində müəyyən dalğalanmalar baş verir. Bununla yanaşı, mənzil alqı-satqısı bazarında da mövsümi amillər təsirsiz ötüşmür.
Bəs yay mövsümü daşınmaz əmlak bazarında hansı dəyişikliklərə səbəb olur və bu, qiymətlərə necə təsir edir?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.az-a danışan Ramil Osmanlı qeyd edib ki, daşınmaz əmlak bazarında müşahidə olunan tendensiyalar daha çox dənizkənarı bağ sahələrinin kirayə qiymətlərinin artımı ilə bağlıdır.
O qeyd edib ki, kirayə qiymətlərinin yüksəlməsi fonunda bağ evlərinin satış qiymətlərində də nisbi artım müşahidə olunur:
"Lakin ümumi mənzil bazarında bahalaşma yoxdur. Bazarın dinamikası zəiflədiyi və passivlik müşahidə edildiyi üçün qiymətlərdə ciddi dəyişiklik hiss olunmur. Hətta deyərdim ki, bahalı mənzillərin qiymətində müəyyən ucuzlaşma var. Xüsusilə şəhər mərkəzində və mərkəzə yaxın ərazilərdə yerləşən, təxminən 300-350 min manat dəyərində olan mənzillərdə bunu müşahidə edirik. Digər qiymət seqmentlərində isə mənzil qiymətləri sabitdir. Şəhər mərkəzində torpaq sahələri məhdud olsa da, şəhərətrafı ərazilərdə torpaq bazarında davamlı qiymət artımı müşahidə olunur. Bakı kəndlərinin ən ucqar ərazilərində belə torpaq sahəsinin bir sotu 10 min manatı ötür və bu artım davam edir. Bəzi ərazilərdə isə bir sotun qiyməti 50 min manatdan da yuxarıdır. Bu da onu göstərir ki, torpaq sahələri hələ də öz aktuallığını və cəlbediciliyini qoruyur. Amma bütövlükdə daşınmaz əmlak bazarında ciddi qiymət dəyişikliyi yoxdur. Kirayə mənzil bazarında da hazırda əhəmiyyətli aktivlik müşahidə edilmir. Hesab edirəm ki, universitetlərə qəbul prosesindən sonra bu bazarda yenidən canlanma müşahidə olunacaq".
Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb - ADY-dan valideynlərə çağırış - VİDEO
Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi - VİDEO
Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi
Baş nazir qərar imzaladı
AZZA-nın tortundan görün nə çıxdı - VİDEO
Kəlbəcərdə nəhəng ilan aşkarlandı - VİDEO
Hirkan Milli Parkında xoşagəlməz görüntülər - VİDEO
Binəqədidə sakinlərin canını boğaza yığan yollar - VİDEO
Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
“Uşaqlar məktəbə 2 saat gec getsin” - Çevik rejimdə bu mümkündürmü?
Kommunal ödənişlərdən kimlər azad oluna bilər? - VACİB AÇIQLAMA










