Baş nazir qərar verdi: Azərbaycanda bu içkilər bahalaşacaq – SİYAHI

Baş nazir Əli Əsədov Azərbaycanda bəzi spirtli içkilərin idxalı ilə bağlı yeni qərar imzalayıb. Qərara əsasən, şərab, konyak, viski, rom, cin və araq üçün gömrük rüsumları dəyişdirilir. Belə ki, bu məhsullar üçün 15 faizlik rüsum tətbiq olunacaq, bəzi içkilərdə isə hər litrə minimum dollar məbləği müəyyənləşdirilib. Qərar 90 gün sonra qüvvəyə minəcək və 2030-cu ilin sonunadək qüvvədə olacaq.
Yeni gömrük rüsumları xaricdən gətirilən spirtli içkilərin qiymətini nə qədər artıra bilər? Bu, yerli içki bazarına və istehlakçıya necə təsir edəcək?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu qərar xaricdən gətirilən spirtli içkilərin qiymətinin artmasına təsir göstərəcək:
“Şüşə qabda olan şərab və digər məhsulların qiyməti 2-3 manat bahalaşa bilər. Bunun əsas məqsədi yerli istehsalçıları dəstəkləmək, yerli məhsulların daha münasib qiymətə təklif olunmasına və istehlakçıların bu məhsullara yönəlməsinə şərait yaratmaqdır”.
İqtisadçı bildirib ki, bu tədbirin nə dərəcədə effektiv olacağını zaman göstərəcək:
“Çünki bəzi hallarda yerli şərabların qiyməti xarici məhsullardan 8-10 manat daha baha olub. İndi qiymət fərqinin azalması yerli istehlakçıların yerli şəraba marağını artıracaqmı, bunu növbəti mərhələdə görəcəyik. Lakin yerli şərab istehsalçıları keyfiyyəti də əhəmiyyətli dərəcədə artırmalıdırlar. İnsanların yerli məhsula seçiminin yalnız qiymət amili ilə deyil, həm də keyfiyyətinə olan inamla formalaşması vacibdir”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












