Bayram günü bu şəxslər diqqətli olsun, qidalar xəstəliyi yüksəldə bilər – Terapevtdən XƏBƏRDARLIQ

Yeni il bayramı süfrələrinin zənginliyi və müxtəlifliyi hər kəs üçün cəlbedicidir. Lakin bayram əhval-ruhiyyəsi çox vaxt düzgün qidalanma vərdişlərini arxa plana keçirir. İnsanlar qısa müddət ərzində çoxlu və bir-biri ilə uyğun olmayan yeməklər qəbul edir, yağlı, duzlu və ağır qidalara üstünlük verirlər. Bu isə bayram günlərini sağlamlıq baxımından riskli dövrə çevirir. Bayram süfrəsi bolluq deməkdir, amma bu bolluq sağlamlığa zərər hesabına olmamalıdır. Təəssüf ki, cəmiyyətin böyük bir hissəsi bayram günlərində məsuliyyətli qidalanma anlayışını tamamilə unudur və bunun acı nəticələrini isə elə bayram günlərində yaşayır.
Yeni il bayramlarında insanların qidalanmaya yanaşması ciddi narahatlıq doğurur. Bayram süfrələri sanki sağlamlıq qaydalarını unutmaq üçün bəhanəyə çevrilir. Müxtəlif növ yağlı yeməklər, qızartmalar, ağır salatlar, şirniyyatlar və qazlı şirin içkilər heç bir ölçü gözlənilmədən bir-birinə qatılaraq qəbul olunur. İnsanlar nə yediklərini, nə qədər yediklərini və bunun orqanizmə necə təsir edəcəyini düşünmürlər. Xüsusilə şəkər və təzyiq xəstələrinin bu cür məsuliyyətsiz davranışı daha acınacaqlıdır. Bayram sevinci çox vaxt təcili tibbi yardım çağırışı, dərman qəbulu və səhhətin pisləşməsi ilə əvəz olunur.
Bundan başqa, bir-biri ilə uyğun olmayan qidaların qarışıq şəkildə yeyilməsi həzm sistemini iflic vəziyyətinə salır. İnsanlar isə bütün bunları bayramın təbiəti kimi qəbul edir, problemin kökünün öz davranışlarında olduğunu görməzdən gəlirlər.
.jpg)
Məsələ ilə bağlı terapevt Zakir Quliyev Avtosfer.az-a bildirib ki, bir dəfəyə müxtəlif yeməkləri qarışdırmaq düzgün deyil:
“Yeni il bayramlarında fərqli yeməklər qarışıq şəkildə yeyilir. Bu da təzyiqin qalxmasına, həzm problemlərinə və ümumi narahatlığa səbəb ola bilər. Bunun qarşısını almaq üçün bayram günlərində qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. İlk növbədə, süfrəyə ac halda oturmamaq tövsiyə olunur. Bayrama qədər yüngül bir ara yemək yemək həddindən artıq yeməyin qarşısını alar. Yeməkləri tələsmədən, yavaş-yavaş çeynəyərək yemək həzm sistemini yükləməz. Mümkün qədər yağlı, qızardılmış və çox duzlu yeməkləri az miqdarda seçmək lazımdır”.
Terapevt həmçinin təzyiq və şəkəri olan xəstələr üçün də diqqət etməli məqamları da vurğulayıb. Onun sözlərinə görə, xüsusilə təzyiq problemi olan insanlar üçün duzlu qidalar, kolbasa məmulatları və konservlər təhlükəlidir:
“Tərəvəz salatlarına üstünlük vermək, amma onları da çox mayonezli deyil, zeytun yağı və limonla hazırlamaq daha faydalıdır. Şirin və desertlər də ölçülü yeyilməlidir. Çox şəkər qan təzyiqinin və şəkərin yüksəlməsinə, həmçinin halsızlığa səbəb ola bilər. Desertləri yeməkdən dərhal sonra deyil, bir müddət sonra və az miqdarda yemək daha məqsədəuyğundur. Qazlı içkilər və alkoqol həzm prosesini çətinləşdirir və təzyiqi yüksəldə bilər. Onların yerinə adi su, mineral su və ya şəkərsiz çay içmək daha sağlamdır. Alkoqol qəbul edilərsə, miqdarına mütləq nəzarət edilməlidir.Bayram zamanı gec saatlarda ağır yemək yeməkdən çəkinmək lazımdır. Axşam saatlarında yüngül qidalar seçmək və yeməkdən sonra az da olsa hərəkət etmək həzmi yaxşılaşdırar”.
Nurcan Babək
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?
Əli Əsədov qaz təchizatı ilə bağlı qərar imzaladı










