Bayramdan sonra bu xəstəliklər artır - Kimlər risk altındadır?

"Bayramdan sonra ən çox müraciət edənlər mədə-bağırsaq problemləri yaşayan pasiyentlər olur".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin "Instagram" səhifəsində canlıda bildirib.
Onun sözlərinə görə, konkret statistika aparılsa da, gündəlik iş həcminə əsasən müşahidə olunur ki, bayramlardan sonra xəstə müraciətlərində artım qeydə alınır. E.Məmmədov qeyd edib ki, bunun əsas səbəblərindən biri insanların orucluq dövründə müayinələrdən yayınmasıdır:
"Bir çox insan orucluq müddətində mövcud narahatlıqları idarə etməyə çalışır və həkimə müraciəti bayramdan sonraya saxlayır. Bu da nəticədə müraciətlərin kəskin şəkildə artmasına səbəb olur”.
Həkim bildirib ki, xüsusilə müəyyən xəstə qruplarında kəskinləşmə halları daha çox müşahidə edilir. Öd daşı olan xəstələrdə ağrı tutmaları, xroniki qastriti olanlarda isə kəskinləşmələr daha çox qeydə alınır.
E.Məmmədov əlavə edib ki, bu dövrdə ən çox rast gəlinən problemlərdən biri də ishal hallarıdır:
“Bəzi hallarda bu, mövsümi viral infeksiyalarla bağlı olsa da, əsasən qidalanma pozuntularından qaynaqlanan mədə-bağırsaq problemləri üstünlük təşkil edir”.
Dediyinə görə, bayram günlərində düzgün qidalanmamaq bu cür sağlamlıq problemlərinin artmasına səbəb olur./Bakıvaxtı.az
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












