Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib - VİDEO

Suraxanı bazarının ərazisində iri həcmli tikinti işləri aparılır. Avtosfer.az xəbər verir ki, müraciət edən Suraxanı rayonunun Əmircən qəsəbəsinin sakinləri iddia edirlər ki, bazara bitişik ərazidə əvvəllər anbar yerləşib. Həmin ərazi təmizləndikdən sonra burada yeni tikili inşa edilməyə başlanıb. Sakinlərin sözlərinə görə, tikinti işləri gediş-gəlişə çətinlik yaradır və piyada səkilərinin bir hissəsi zəbt olunur. Ərazidə fəaliyyət göstərən satıcılar da tikilinin bazar ərazisinə aid olduğunu təsdiqləyiblər. Onların sözlərinə görə, tikintiyə bir neçə il əvvəl başlanılıb, lakin 2024-cü ildə işlər dayandırılıb. "Suraxanıbazar" ASC-nin nümayəndəsi isə bildirib ki, sözügedən tikintinin aparılması 2024-cü ildə müvafiq icazə sənədləri olmadığı üçün dayandırılmışdı. Hazırda isə sənədlər aidiyyəti qurumlarla razılaşdırılıb və tikinti işlərinin davam etdirilməsi üçün zəruri prosedurlar yerinə yetirilib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












