Bazarda gilas niyə baha satılır? - VİDEO

Öküzürəyi 18, vişnə 20, ağ gilas isə 8 manata satılır.
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, paytaxt bazarlarında gilasın qiyməti növünə və keyfiyyətinə görə dəyişir. Hazırda bazarlarda satışda olan gilaslar müxtəlif qiymətlərə təklif olunur.
Satıcılar bildirirlər ki, iri və keyfiyyətli gilas növləri daha baha satılır. Onların sözlərinə görə, qiymətə məhsulun ölçüsü, dadı və sortu da təsir edir.
Onların sözlərinə görə, bu il gilasın qiyməti ötən illə müqayisədə daha yüksəkdir. Onlar bunu əsasən əlverişsiz hava şəraiti ilə əlaqələndirirlər. Bildirilir ki, yaz aylarında yağan intensiv yağışlar və dolu meyvə bağlarına ciddi ziyan vurub, məhsuldarlığı azaldıb. Xüsusilə Quba və Qusar rayonlarında məhsulun xeyli hissəsi itirildiyindən bazarda təklif azalıb. Nəticədə yaranan məhsul qıtlığı qiymətlərin yüksəlməsinə səbəb olub.
Satıcılar bildirirlər ki, ötən illə müqayisədə bu il gilasın qiymətində orta hesabla 3-4 manat artım müşahidə olunur.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












