Bu geyimə görə töhmət ala, hətta işdən çıxarıla bilərsiniz - İşçilərə XƏBƏRDARLIQ

Bildiyimiz kimi, bəzi iş yerlərində əməkdaşlar üçün vahid geyim qaydaları (“dress code”) tətbiq olunur. Lakin bəzi hallarda işçilər bu qaydalara əməl etmir və müəyyən olunmuş standartlardan kənar geyimlərə üstünlük verirlər.
Bəs belə hallarda işçiyə qarşı hər hansı cərimə və ya intizam tədbiri tətbiq oluna bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan vəkil Cavanşir Qasımzadə bildirdi ki, hər bir şirkətin, hər bir işəgötürənin və hər bir qurumun öz daxili nizam-intizam qaydaları mövcuddur və işçilər bu qaydalara riayət etməyə borcludurlar:
"Nizam-intizam qaydalarının pozulması işçi barəsində müəyyən tədbirlərin görülməsinə səbəb ola bilər. Bu məsələ Əmək Məcəlləsinin 186-cı maddəsində öz əksini tapıb. Həmin maddəyə əsasən, işçi müəssisədaxili nizam-intizam qaydalarını əsassız və kobud şəkildə pozduqda onun barəsində intizam tənbehi tədbirləri tətbiq oluna bilər. Bu tədbirlərə xəbərdarlıq, töhmət, şiddətli töhmət daxildir. Əgər nizam-intizam qaydalarının pozulması davamlı xarakter alarsa, bu zaman işçinin işdən çıxarılması da mümkün ola bilər. Təbii ki, nizam-intizam qaydalarının pozulması işəgötürən tərəfindən işçinin əmək funksiyalarını lazımi qaydada yerinə yetirməməsi kimi qiymətləndirilə bilər. Lakin burada vacib bir məqam nəzərə alınmalıdır. İşçi ilə işəgötürən arasında əmək münasibətləri əmək müqaviləsi əsasında tənzimlənir. Dress-kod qaydaları da işə qəbul zamanı işçiyə bildirilməli, əmək müqaviləsində, ona əlavədə və ya digər daxili normativ sənəddə öz əksini tapmalıdır".

Onun sözlərinə görə, əgər bu qaydalar işçiyə əvvəlcədən təqdim edilməyibsə, onunla tanış olması təmin edilməyibsə və bu barədə hər hansı sənəddə imzası yoxdursa, sonradan dress-kod qaydalarının pozulmasına görə işçinin məsuliyyətə cəlb edilməsi hüquqi baxımdan mübahisəli hesab oluna bilər:
"Çünki işçi əmək müqaviləsini bağlayarkən geyim forması ilə bağlı hər hansı öhdəlik götürməyib və müvafiq sənədə imza atmayıb. Əlbəttə, əmək müqaviləsində və ya daxili qaydalarda işçinin müəssisənin nizam-intizam qaydalarına riayət etməli olduğu qeyd oluna bilər. Ancaq həmin qaydalar işçiyə təqdim edilmədikdə, onunla tanışlıq təmin olunmadıqda və bu tanışlığı təsdiq edən imza alınmadıqda, işəgötürən sonradan dress-kod qaydalarının pozulmasına görə işçini təqsirləndirə bilməz. Başqa sözlə, işəgötürən hər hansı qaydanın pozulduğunu iddia edirsə, ilk növbədə həmin qaydanın işçiyə əvvəlcədən rəsmi şəkildə bildirildiyini və işçinin bu qaydalarla tanış olduğunu sübut etməlidir".
Deputat müjdəni verdi - İşsizlərə şad xəbər
Yeddi illik baxımsızlıq: Sakinlərin yol problemi - VİDEO
Azərbaycanda yay belə keçəcək - TƏHLÜKƏ VAR
Pensiya və sosial müavinətlərdə yeni dəyişikliklər - Nələr olacaq?
Qonşu ölkədə nəqliyyatın hamilələr üçün pulsuz olması təklif edilir
Saxta satıcılar vətəndaşı aldatdılar: Polis hərəkətə keçdi - VİDEO
Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib - VİDEO
Bu ərazilərdə yaşayanlara şad xəbər - Sabahdan…
Pasiyenti səhv əməliyyat etdilər - Məşhur hospital kompensasiya ödəyəcək
Sabah hava necə olacaq?
"Eyvanda çay içirdim, birdən güclü səs gəldi" - Külək bir sıra bölgələrdə fəsadlar törədib - VİDEO










