Bu geyimləri qanunsuz geyinənlərə CƏZA VERİLƏCƏK

Azərbaycanda əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz daşıyan şəxslər məsuliyyətə cəlb olunur.
Avtosfer.az xəbər verir ki, belə geyim formalarının qanunsuz olaraq daşınmasına görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1000 manatadək cərimə tətbiq edilir.
Bundan başqa, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər də bu hüquqdan qanunla nəzərdə tutulmayan hallarda istifadə etdikdə cərimələnə bilərlər.
Belə şəxslərin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə 500 manatdan 700 manatadək cərimə nəzərdə tutulur.
Beləliklə, hərbi və xüsusi geyim formalarının daşınması ilə bağlı məsuliyyət həm bu geyimləri qanunsuz əldə edib daşıyan şəxslərə, həm də hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqdan sonra geyim formasını müəyyən edilmiş qaydalardan kənar daşıyan şəxslərə şamil edilir./ajans.az
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












