Bu marşrut xətləri yeni sistemlə işləyəcək

Ölkədə ictimai nəqliyyatın fəaliyyətində yeni mərhələ başlayıb.
Avtosfer.az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalara əsasən, müntəzəm avtobus marşrutları mərhələli şəkildə "brutto müqavilə" sisteminə keçirilir.
Yeni mexanizmə görə, daşıyıcı şirkətlərin gəliri daha yığdıqları sərnişin sayından asılı olmayacaq. Dövlət daşıyıcılara ödənişi avtobusun qət etdiyi məsafəyə və xidmətin keyfiyyətinə görə edəcək. Şirkətlər qarşısında avtobusların təmizliyi, hərəkət intervalı və təyin olunmuş qrafikə dəqiq əməl edilməsi kimi tələblər qoyulur.
Bu sistem ilk növbədə sərnişinlərin illərdir qarşılaşdığı əsas problemləri həll edəcək. Artıq sürücülər daha çox sərnişin toplamaq üçün dayanacaqlarda uzun müddət gözləməyəcək və yollarda yarışa çıxmayacaq. Eyni zamanda, sərnişin axınının azaldığı axşam saatlarında və ya azrentabelli şəhərətrafı marşrutlarda avtobusların fəaliyyətsiz qalmasının qarşısı alınacaq.
Sistemə nəzarət xüsusi proqram təminatı vasitəsilə həyata keçiriləcək. Qrafiki pozan və ya xidmət keyfiyyətini aşağı salan daşıyıcılara qarşı maliyyə sanksiyaları tətbiq olunacaq.
Yenilik ilk olaraq 130, 205, 211, 500 və 503 nömrəli marşrutlarda tətbiq edilməyə başlayıb. Yaxın vaxtlarda digər xətlərin də bu sistemə qoşulması nəzərdə tutulur.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












