Bu pullar etibarsız sayılır - XƏBƏRDARLIQ

Azərbaycan Mərkəzi Bankı hansı pulların yararsız hesab olunduğuna aydınlıq gətirib.
Avtosfer.az-ın xəbərinə görə, “Yeni Sabah”ın sorğusuna cavab olaraq qurumdan bildirib ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na əsasən, üzərində kəsik, çatışmayan hissə, gözə çarpan yazı və ya ləkə olan, ciddi çirklənmiş, rəngi solmuş, yapışqan lentlə və ya digər vasitələrlə birləşdirilmiş əskinaslar tədavülə yararsız hesab olunur:
Qeyd olunub ki, “Mərkəzi Bank haqqında” qanunun 40-cı maddəsinə əsasən, səthinin ən azı 60 faizi qalan və seriya nömrələrindən biri və ya hər ikisi tam saxlanılan kağız pul nişanlarının nominal dəyəri ödənilir.
Məlumata görə, metal pul nişanları üzrə isə üzərindəki yazı və təsvirlər nominalı müəyyən etməyə imkan verirsə və deformasiya olmayıbsa, onların da dəyəri qaytarılır:
“Qanunda nəzərdə tutulan şərtlərə uyğun gəlməyən pul nişanları isə ödəmə qabiliyyətini itirmiş hesab edilir və onların nominal dəyəri ödənilmir”.
Mərkəzi Bankdan həmçinin qeyd edilib ki, qanunvericiliyə əsasən, Mərkəzi Bankın buraxdığı bütün pul nişanları ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməlidir:
“Lakin üzərində yararsızlıq əlamətləri olan əskinaslar tədavülə yararsız sayıldığı üçün ödənişlərdə qəbul edilməyə bilər.Vətəndaşlar yararsız hala düşmüş milli pul nişanlarını dəyişdirmək üçün “ABB” ASC və “Kapital Bank” ASC-nin filiallarına, Mərkəzi Bankın ərazi idarələrinə, eləcə də digər kommersiya banklarına müraciət edə bilərlər”.
Qeyd edək ki, Mərkəzi Bankın ərazi idarələri və operator banklarda pul nişanlarının dəyişdirilməsi ödənişsiz həyata keçirilir. Digər kommersiya bankları isə bu xidməti öz daxili qaydalarına uyğun olaraq ödənişli və ya ödənişsiz təqdim edə bilər.
Bu şəxslərə kirayəyə görə hər ay 100 manat veriləcək
Sığortada sürpriz dəyişiklik: Sürücüləri nələr gözləyir?
Ev tikdirmək istəyənlər üçün VACİB XƏBƏR
Salyan körpüsündə “qırıq dəmir”... - FOTO
Ürəyi dayanan professor həyata belə qaytarıldı - VİDEO
Sənədsiz evlər problemə çevrilir - Dövlət yüz milyonlar itirir
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Yol verən sürücüyə təşəkkür etmək sadəcə nəzakət deyilmiş
Taksi sürücülərinə PİS XƏBƏR: Endirim tətbiq olunmayacaq
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq - 300-800 metrədək
Tramvay xəbərlərindən sonra bu ərazidə evlər bahalaşdı - AÇIQLAMA








