Bu sahədə çalışanlar hərbi xidmətdən azad edilir? - AÇIQLAMA

"Xarici komandada çıxış edən azərbaycanlı futbolçunun müddətli həqiqi hərbi xidmətə çağırılması faktının özü də, Azərbaycan qanunvericiliyinin tam təkmil olmamasını göstərir. İdman, elm, incəsənət kimi sahələrdə fəaliyyət göstərən şəxslər var ki, onlar xarici ölkələrdə həm təhsil alıb, həm də Azərbaycanı təmsil edə bilər. Ancaq qanunlar buna imkan vermir".
Avtosfer.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O bildirib ki, qanunvericilikdə belə problemlərin həlli mütləq öz əksini tapmalıdır:
"Qanunvericiliyə yüngülvari əlavə və dəyişiklik etmək lazımdır. Mən də bunun tərəfdarıyam. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov bir müddət öncə verdiyi müsahibəsində demişdi ki, Azərbaycan gənclərinin müxtəlif pillələr üzrə xaricdə rahat təhsil almasının tərəfdarıyıq. Bu mövzuda kimisə günahlandırmaq lazım deyil. Günah hamımızdadır. Çünki qanunvericilikdə belə problemlərin həlli mütləq öz əksini tapmalıdır. İstedadlı uşaqların sayı yüz yaxud min deyil. Onların sayı barmaqla sayıla biləcək qədərdir. Elə götürək yerli futbolçumuzun üzləşdiyi problemi. Həmin futbolçunun xarici klubda çıxış etməsi həm Azərbaycanı tanımaq nöqteyi-nəzərdən, həm də öz kariyerası baxımından daha yaxşı olardı. İndi Albaniyada yazacaqlar ki, biz onu istədik, amma Azərbaycan onu buraxmadı. Futbolçuya şərait yaradılmalıdır".
Hərbi ekspert əlavə edib ki, hərbi qanunvericilik dəyişdirilməli, təkmilləşdirilməlidir:
"Qanunvericiliyə bizim tənbəl millət vəkilləri əlavə və dəyişikliklər etmək istəmirlər. Əlavə və dəyişikliklər edilsə, heç bir problem olmaz. Bu məsələdə biz daha çox itiririk, nəinki qazanırıq. Bunu mən dəfələrlə demişəm. Bizdə hamı çox yaxşı başa düşür, dərk edir. Amma qərara gələndə deyir ki, "vallah mənlik deyil". Bəs kimlikdir? Hərbi qanunvericilik dəyişdirilməli, təkmilləşdirilməlidir. Biz istedadlı uşaqlarımız üçün şərait yaratmalıyıq".
Xatırladaq ki, Albaniya çempionu "Eqnatiya" azərbaycanlı futbolçu Zamiq Əliyev ilə yollarını ayırıb. Buna səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) çağırışı ilə 25 yaşlı oyunçunun ölkədən çıxışına qadağa qoyulmasıdır. Z.Əliyev ötən mövsüm başa çatdıqdan sonra istirahət üçün Azərbaycana qayıdıb. O, yay fasiləsindən sonra komandasının təlim-məşq toplanışına qatılmaq üçün ölkəni tərk etmək istəsə də, hava limanında çıxışına icazə verilməyib. Nəticədə müdafiəçi nə "Eqnatiya"ya qoşula, nə də Avropa klublarından aldığı digər təklifləri dəyərləndirə bilib. Yaranmış vəziyyəti nəzərə alan Albaniya çempionu futbolçu ilə müqaviləyə xitam verib.
Bakıda ictimai nəqliyyat pulsuz ola bilər? – Ekspertdən AÇIQLAMA
Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikası, yoxsa mentalitetin?
"Yayda toz-torpaq, qışda isə palçıq" - Sakinlərin yol dərdi - VİDEO
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR
Marketlərdə sellofan paketlərin qiyməti niyə artırılıb? - RƏSMİ
Yeni binalardan ev alanları "şoka salan" qaraj qiymətləri - SƏBƏB
Bakıda avtobus qiymətləri yenidən artacaq? – MÜHÜM AÇIQLAMA
Bəzi şəxslərə ictimai nəqliyyatda ödənişin 10 faizi geri qaytarılacaq - VİDEO
Gömrükdə böyük güzəşt: Yanvarın 1-dən...
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi mənzildən pay tələb edə bilər?
Bakıda bu taksilər qiyməti artırdı










