Bu şəxslərin pensiyası artırıldı

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. Avtosfer.az xəbər evrir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa görə pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməkdə davam etdikdə, bu iş dövrünün 6 ili tamam olduqda onun pensiyası yenidən hesablanaraq artırılır. İşləyən pensiyaçıların pensiyalarının bu qaydada yenidən hesablanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin sonundan proaktiv mexanizm üzərindən avtomatik qaydada həyata keçirilir.
Qeyd olunan hesablanmanın proaktivləşdirildiyi dövrdən indiyədək yaşa görə pensiya alan 1300-dən çox işləyən pensiyaçının pensiyası 6 illik yenidən hesablanma ilə əlaqədar yenidən hesablanaraq artırılıb. Müvafiq qaydada pensiyaları yenidən hesablanan şəxslərə bu barədə SMS bildirişləri ilə məlumat da göndərilir.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












