Buraxılış imtahanının nəticələri açıqlandı; suallar bu il çətinləşdirilib? - EKSPERT

Martın 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanı ölkə üzrə minlərlə şagirdin iştirak etdiyi mühüm qiymətləndirmə mərhələlərindən biridir. Bu imtahanlar şagirdlərin illər boyu qazandıqları bilik və bacarıqların ölçülməsi, eyni zamanda ali təhsil mərhələsinə keçid üçün əsas göstəricilərdən biri kimi xüsusi əhəmiyyət daşıyır.
Dünən imtahan nəticələrinin açıqlanması ilə birlikdə həm şagirdlər, həm valideynlər, həm də təhsil ictimaiyyəti arasında geniş müzakirələr başlayıb. Hər il olduğu kimi, bu il də nəticələr müxtəlif baxış bucaqlarından qiymətləndirilir və ümumi mənzərənin necə olduğu diqqət mərkəzindədir.
Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, həm birinci zona, həm də ikinci zona üzrə ümumilikdə 11 abituriyent maksimal 300 bal toplayıb. Keçən illə müqayisədə isə ciddi azalma müşahidə olunur:

“Belə ki, ötən il buraxılış imtahanlarında 45 abituriyent 300 bal toplamışdı. Bu il isə bu rəqəmin 11 nəfər olması onu göstərir ki, imtahanların çətinlik səviyyəsi rəsmi olaraq fərqli qeyd olunmasa da, praktik olaraq keçən illə müqayisədə daha çətin olub. Bu hal keçid ballarına da təsir edəcək. Xüsusilə 5-ci ixtisas qrupu və kolleclərə qəbul birbaşa buraxılış imtahanının nəticələri əsasında aparıldığı üçün burada təsir daha çox hiss olunacaq. Eyni zamanda, əgər blok imtahanlarının çətinlik səviyyəsi keçən illə eyni olarsa, bu, 1-ci, 2-ci, 3-cü və 4-cü ixtisas qruplarında da ümumi balların azalmasına səbəb ola bilər. Bu vəziyyətdə subbakalavrların qəbul imkanlarının genişlənməsi ehtimalı artır. Çünki ballar aşağı düşdükcə müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı azala bilər və nəticədə subbakalavrlar üçün daha çox şans yaranar. Ümid edilir ki, blok imtahanları müəyyən qədər daha əlverişli olacaq. Lakin Dövlət İmtahan Mərkəzinin imtahan strategiyası göstərir ki, blok imtahanları adətən sabit səviyyədə təşkil olunur və illər arasında ciddi fərqlər müşahidə edilmir. Bu baxımdan, əgər blok imtahanları da keçən illə eyni səviyyədə olarsa, 1-ci, 2-ci, 3-cü və 4-cü ixtisas qruplarında balların aşağı düşməsi qaçılmaz görünür”.
Nurcan Babək
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












