Çimərliklər su altında qaldı: Xəzərin səviyyəsi qalxdı? - VİDEO

Son günlər ölkədə baş verən qeyri-sabit hava şəraiti nəticəsində dəniz suları çimərliklərə dolub.
Bəs, baş verən hadisə Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqəli ola bilərmi?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərov bildirib ki, qeyri-sabit hava şəraiti dənizin səviyyəsinin qalxmasına təsir etməyəcək:
"Bu kimi hallar yalnız dəniz səviyyəsinin müəyyən zaman ərzində bir və ya iki saatlıq artmasına səbəb ola bilər. Lakin ümumilikdə dənizin səviyyəsinin qalxması müşahidə edilmir. Yalnız yağışlar günlərlə yağsa, bu zaman dənizin səviyyəsində artım müşahidə edilə bilər".
S.Səfərov qeyd edib ki, belə vəziyyətlərdə gəmiçiliklə məşğul olan şəxslər məlumatlara uyğun olaraq təhlükəsizlik qaydalarına əməl etməlidirlər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












