Dünyanın ən bahalı ölkəsi açıqlandı – Lider dəyişdi

İslandiyada turizmin sürətli artımı ölkədə yaşayış xərclərinin kəskin bahalaşmasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, İslandiya yaşayış dəyərinə görə dünyanın ən bahalı ölkəsinə çevrilib və bu göstəricidə İsveçrəni geridə qoyub. Paylaşılan statistikada İslandiya 100 balla ilk sırada göstərilir. İsveçrə 97 balla ikinci, Lüksemburq 80 balla üçüncü, Norveç 79 balla dördüncü yerdə qərarlaşıb. Siyahıda ABŞ və İrlandiya 77 balla, Danimarka isə 75 balla yer alıb. Bildirilir ki, buna əsas səbəb pandemiyadan sonra ölkədə turizmin kəskin artması olub. Turizm sektoru İslandiya iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilsə də, turist axını mənzil, xidmət və gündəlik xərclərin bahalaşmasına səbəb olub. Məlumata görə, ölkədə kirayə qiymətləri, restoran xidmətləri və gündəlik istehlak məhsullarının dəyəri son illərdə ciddi şəkildə artıb. Bloomberg qeyd edir ki, turizmin sürətli inkişafı iqtisadi artımı gücləndirsə də, yaşayış xərclərinin yüksəlməsini də sürətləndirib. (Musavat.com)
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












