Əhalinin NƏZƏRİNƏ: Bu ailələrə pensiyaya çıxarkən güzəşt edilə bilər

Azərbaycanda pensiya təyin edilərkən və ya onun məbləği hesablanarkən vətəndaşların himayəsində olan uşaqların sayının nəzərə alınıb-alınmaması tez-tez müzakirə olunan məsələlərdən biridir. Xüsusilə çoxuşaqlı ailələr üçün əlavə üstünlüklərin olub-olmaması maraq doğurur.
Bəs mövcud qanunvericilik bu barədə nə deyir?
Mövzu ilə bağlı açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, Azərbaycanda yaşa görə əmək pensiyasının təyin olunması və məbləğinin hesablanması əsasən vətəndaşın əmək stajı, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı və digər sosial sığorta göstəricilərinə əsaslanır.
“Hazırkı qanunvericiliyə əsasən, vətəndaşın himayəsində olan uşaqların sayı pensiyanın hesablanmasında əsas meyar hesab edilmir. Pensiya sistemi daha çox şəxsin əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqları və topladığı pensiya kapitalı üzərində qurulub.
Uşaqların sayı pensiya məbləğinin hesablanmasına birbaşa təsir göstərməsə də, bəzi hallarda çoxuşaqlı ailələrə dövlət tərəfindən sosial təminat və müxtəlif güzəştlər tətbiq edilir. Xüsusilə beş və daha çox uşaq dünyaya gətirib tərbiyə etmiş analar üçün müxtəlif dövrlərdə xüsusi sosial təminat mexanizmləri nəzərdə tutulub. Bu yanaşma pensiya sistemindən daha çox sosial müdafiə siyasətinin bir hissəsi kimi qiymətləndirilir”.
Asif İbrahimov beynəlxalq təcrübəyə də diqqət çəkərək bildirib ki, bir sıra Avropa ölkələrində demoqrafik siyasətin təşviqi məqsədilə uşaqlı ailələrə pensiya sistemində əlavə üstünlüklər verilir:
“Bu ölkələrdə valideynlik fəaliyyəti gələcək nəsillərin formalaşdırılması baxımından sosial töhfə kimi dəyərləndirilir. Məntiq ondan ibarətdir ki, bugünkü uşaqlar gələcəkdə əmək bazarının iştirakçıları və sosial sığorta sisteminin maliyyə bazasını formalaşdıran şəxslər olacaqlar”.
Mütəxəssis vurğulayıb ki, Azərbaycanda hazırda tətbiq olunan model sığorta prinsipi əsasında fəaliyyət göstərir və pensiyanın məbləği əsasən vətəndaşın ödədiyi sosial sığorta haqlarından asılıdır:
“Bu model sosial ədalət və maliyyə dayanıqlılığı baxımından özünü doğruldur. Lakin əhalinin yaşlanması, doğum səviyyəsinin azalması kimi qlobal tendensiyalar fonunda gələcəkdə pensiya siyasəti ilə demoqrafik siyasət arasında əlaqələrin gücləndirilməsi məsələsi daha geniş müzakirə oluna bilər”.
Ekspertin fikrincə, pensiya sisteminin davamlılığı təkcə yığılan vəsaitlərdən deyil, həm də gələcəkdə işləyərək sosial sığorta ödəyəcək əhalinin sayından asılı olduğuna görə, ailə institutunun və çoxuşaqlı ailələrin dəstəklənməsi gələcək sosial siyasətin mühüm istiqamətlərindən birinə çevriləcək./konkret.az
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












