Əhalinin sosial vəziyyəti necə dəyişir? - Yaşayış xərcləri bu cür artır...

Azərbaycanda ərzaq, kommunal xidmətlər və gündəlik tələbat məhsullarının qiymətləri yüksəlib. Bu artım xüsusilə aşağı və orta gəlirli ailələr üçün büdcə problemlərinə səbəb olur və gündəlik həyatın maliyyə yükünü artırır. Bu da cəmiyyətdə narahatlıqlara səbəb olur. Bununla bağlı sosioloq Naib Niftəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, qiymət artımının bir neçə obyektiv və subyektiv səbəbi var. Əsas səbəblərdən biri iqtisadiyyatın müəyyən dövrlərdə zəifləməsi və ölkənin sərhədlərinin qismən bağlı olması nəticəsində sərbəst iqtisadi fəaliyyətin məhdudlaşmasıdır:

"Bu, təbii olaraq məhsul qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Digər bir səbəb bazarda fəaliyyət göstərən bəzi iqtisadçı qrupların qiymətləri diktə etmə imkanlarının olmasıdır. Bu qruplar istədikdə qiymətləri qaldıra və ya endirə bilirlər. Bununla yanaşı, bazarda azad çıxışın olmaması, məhsulların məhdudlaşdırılmış şəkildə təqdim olunması və xarici məhsullarla bağlı tətbiq olunan məhdudiyyətlər də qiymətlərin formalaşmasına təsir edir. Qiymət artımına psixoloji faktorlar da təsir göstərir. İnsanlar müəyyən dərəcədə qiymət artımına öyrəşdikcə və bazardakı davranışları buna uyğun olduqda, qiymətlərin stabilliyi daha da çətinləşir. Xüsusilə enerji daşıyıcılarının qiymətinin artması həm istehsal, həm də istehlak məhsullarının qiymətinə birbaşa təsir göstərir”.
Bununla yanaşı, ekspert deyir ki, bəzi gizli informasiyalar və istehsalın differensiyallaşması da qiymət artımında rol oynayır. Əhalinin davranışı və bazardakı tələbat da qiymətlərin formalaşmasında vacib yer tutur: “Bazar manipulyasiyaları, kənar təzyiqlər və əhalinin məhdud maliyyə imkanları iqtisadi stabilliyi çətinləşdirir. Bundan əlavə, qlobal və regional hərbi-siyasi gərginliklər, beynəlxalq iqtisadi rəqabət və böhranlar da qiymət artımına təsir edən mühüm faktorlar hesab olunur. Siyasi və sosial gərginliklər, həmçinin beynəlxalq korporasiyaların rəqabəti iqtisadi göstəricilərə təsir edir və qiymət artımının psixoloji tərəfini gücləndirir. Nəticədə iqtisadiyyat yalnız tələblərlə deyil, həm də siyasi, sosial və regional risk faktorları ilə idarə olunur”.
Fatimə Dadaşova
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












