Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir

2026-cı ilin birinci rübündə Azərbaycan ilə Avropa İttifaqı ölkələri arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 59.09 mln. dollar təşkil edib. Avtosfer.az "Modern.az”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, bunun 44.96 mln. dolları Avropa İttifaqı ölkələrindən Azərbaycana daxil olan, 14.13 mln. dolları isə Azərbaycandan həmin ölkələrə göndərilən vəsaitlərin payına düşüb. Nəticədə Azərbaycanın Avropa İttifaqı ilə pul baratları üzrə müsbət saldosu 30.83 mln. dollar olub. Müqayisə üçün, 2025-ci ilin birinci rübündə bu göstərici 12.03 mln. dollar təşkil etmişdi. Beləliklə, müsbət saldo 2.6 dəfə artıb. Avropa İttifaqı ölkələri arasında ən böyük mənbə İrlandiya olub. Bu ölkədən Azərbaycana göndərilən pul baratlarının həcmi 24.59 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründəki 3.14 mln. dollarla müqayisədə təxminən 7.8 dəfə çoxdur. İrlandiya Rusiya və Türkiyədən sonra Azərbaycana ən çox pul göndərən üçüncü ölkəyə çevrilib. Almaniyadan Azərbaycana daxil olan vəsaitlər 30.7% artaraq 6.09 mln. dollara çatıb. Eyni zamanda, Azərbaycandan Almaniyaya köçürmələr 12.6% artaraq 5.51 mln. dollar olub. Nəticədə iki ölkə arasında saldo 0.58 mln. dollar təşkil edib.
Fransadan Azərbaycana göndərilən vəsaitlər 4.4% artaraq 6.01 mln. dollara yüksəlib. Azərbaycandan Fransaya köçürmələr isə 10.1% artaraq 1.34 mln. dollar olub. Saldo 4.67 mln. dollar səviyyəsində formalaşıb. Litvadan Azərbaycana daxil olan pul baratları 37.0% artaraq 1.86 mln. dollara yüksəlib. Polşadan daxilolmalar 24.2% azalaraq 0.70 mln. dollara düşsə də, Azərbaycandan Polşaya köçürmələr 18.3% artaraq 1.35 mln. dollar olub və nəticədə bu ölkə ilə mənfi saldo yaranıb. Niderlanddan Azərbaycana göndərilən vəsaitlər 23.7% artaraq 1.42 mln. dollara çatıb, Azərbaycandan bu ölkəyə köçürmələr isə demək olar ki, iki dəfə artaraq 1.00 mln. dollar olub. Avstriyadan daxilolmalar 34.2% azalaraq 1.53 mln. dollara ensə də, ölkə ilə saldo müsbət olaraq qalıb. Lüksemburqdan Azərbaycana köçürülən vəsaitlərin həcmi 0.11 mln. dollardan 0.63 mln. dollara yüksələrək ən yüksək artımlardan birini göstərib.
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ
Benzin sürətlə BAHALAŞIR – Moskvada Aİ-92 və Aİ-95 üç-dörd dəfə yüksəlib








