“Elə olub ki, evdə tonqal da qalayıblar” - VİDEO

Paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsində yaşayan sakinlər uzun illərdir çoxmərtəbəli binanın 11-ci mərtəbəsində məskunlaşan ana və qızın birgə yaşayış qaydalarını pozduğunu iddia edirlər. Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, onlar mütəmadi olaraq əşyalarını eyvandan çölə atır, yaşadıqları evdə ocaq qalayırlar.
“İki ildən çoxdur ki, bu proses başlayıb və demək olar, hər gün də davam edir. Xüsusən də gecə saatlarında. Elə olub ki, evdə tonqal da qalayıblar. FHN əməkdaşları vaxtında tədbir görməsəydi, binada partlayış baş verə bilərdi”, - deyə əlavə edilib.
Məlumata görə, polis əməkdaşları tərəfindən mənzilə baxış keçirilib və iki nəfərin birgə yaşayış qaydalarını pozması faktı təsdiqini tapıb. Daha sonra onlar mənzildən çıxarılıblar.
Hazırda ana və qızının ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində işlər aparılır.
Daha ətraflı “ATV”nin süjetində:
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












