Ənənəvi ticarətlə məşğul olanlar yeni reallıqları öyrənməlidir – NATİQ CƏFƏRLİ

Son illər dünyada geniş yayılmış onlayn ticarət daha da sürətlənib və artıq Azərbaycanda da nəzərə çarpacaq dərəcədə geniş yayılıb. İstehlakçı davranışlarında da baş verən dəyişikliklər onlayn alış-verişə marağı əhəmiyyətli dərəcədə artırıb. Rahatlıq, vaxt qənaəti və daha münasib qiymətlər onlayn ticarəti ənənəvi pərakəndə satışla müqayisədə daha cəlbedici edib.
Avtosfer.az xəbər verir ki, bu proses yerli pərakəndə mağazaların dövriyyəsinə birbaşa təsir göstərə bilir. Maraqlıdır, bəs görəsən onlayn ticarət zamanla ənənəvi ticarəti kölgəsində qoya bilərmi?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, onlayn ticarət artmaqda davam edəcək:

“Dünyada bu trend artıq uzun illərdir mövcuddur. Hətta 10–15 ildir ki, sürətlə inkişaf edir. Azərbaycanda isə son bir neçə ildə yayılmağa başlayıb. Xüsusilə 2020-ci ildən sonra bu trend daha da genişlənərək populyarlıq qazanıb. Təbii ki, bu, ənənəvi yəni “offline” ticarət üçün bir çağırış və müəyyən mənada problemdir. Amma ənənəvi ticarətlə məşğul olanlar da daha çox öyrənməlidirlər. Dünya dəyişib, insanların davranışları da dəyişib. Onlayn ticarət insanların xoşuna gəlir, çünki ənənəvi ticarətlə müqayisədə daha ucuzdur. Ənənəvi sahibkarlar da bu yenilikləri görməli, yeni reallıqları öyrənməli və onlara uyğunlaşmalıdırlar. Çünki rəqabət aparmaq istəyirlərsə, daha çevik və daha kreativ davranmağı bacarmalıdırlar. Vətəndaşlar məmnun qaldıqca və qiymətlər uyğun olduqca, daha çox onlayn ticarətə üstünlük verəcəklər”.
Nurcan Babək
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












